Cümə axşamı, 5 İyun, 2025

Azərsun Holdinqdə İnsan Resursları üzrə mütəxəssis ( Biləsuvar ) vakansiyası aktivdir


  • Dərc edildi: 8 Oktyabr, 2024 - 15:02
Azərsun Holdinqdə İnsan Resursları üzrə mütəxəssis ( Biləsuvar ) vakansiyası aktivdir

Azərsun Holdinqdə İnsan Resursları üzrə mütəxəssis ( Biləsuvar ) vakansiyası aktivdir . 



Namizədə aid tələblər:

Ali təhsil;
Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
Microsoft Excel ilə yüksək səviyyədə işləmə bacarığı;
Azərbaycan dili – sərbəst; rus və ya ingilis dilləri üstünlük hesab edilir;
Məsuliyyətlilik və hesabatlılıq;
Analitik düşünmə və qərarvermə qabiliyyəti;
Ünsiyyətcil və kollektivdə işləmə bacarığı.

Vəzifə öhdəlikləri:

* Əmək qanunvericiliyinə, əsasnamə və təlimatlara əsasən müəssisə, idarə və təşkilatlarda işçilərin işə qəbulu, işdən çıxarılması, bir iş yerindən başqasına keçirilməsi, vəzifəsinin böyüdülməsi, mükafatlandırılması, kadrların ixtisasının artırılması, məzuniyyətin verilməsi və s. işləri yerinə yetirir.
* İşçilərin şəxsi işlərini aparır, formalaşdırır. İşçi heyəti üzrə perspektiv planları işləyib hazırlayır.
*Kadrların seçilməsi və düzgün yerləşdirilməsi, fəhlələrin, rəhbər işçilərin və qulluqçuların ixtisasının artırılması, tələbə və şagirdlərə istehsalat təcrübəsinin öyrədilməsi işinin təşkilinə dair&nbs

p;təkliflər hazırlayır.
*Müəssisə, idarə və, təşkilatların kadrlara olan tələbatı haqqında lazımi yerlərə məlumat verir.
*İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparır, məzuniyyətdən vaxtında, tərtib edilmiş qrafik üzrə istifadə edilməsinə nəzarət edir.
*Kadrlar üzrə hesabatların tərtib və tələb olunan yerə vaxtında təqdim edilməsinə rəhbərlik edir.
*Müəssisə, idarə və təşkilatlarda verilmiş əmr və göstərişlərin layihələrinin yuxan təşkilatın göstərişlərinə uyğun olub-olmadığını yoxlayır.
*İcrası tələb olunan tapşırıqlar üzrə nəzarəti həyata keçirir. Onların yerinə yetirilməməsi səbəblərini araşdırır və lazımi tədbirlər görür.


Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “ İnsan resursları üzrə mütəxəssis ( Biləsuvar) ” qeyd etməyiniz xahiş olunur.

İş Qrafiki:
•  Həftə içi 5 gün, 09:00-18:00

İş Yeri: 
•  Biləsuvar

Qeyd : Yaşayış yeri Biləsuvar olmayan namizədlər şirkət tərəfindən qalma və qidalanma ilə təmin ediləcək . 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 242
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 68
Elm və təhsil naziri...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 164
Lisey və gimnaziyala...