"Grand Motors Company" Korporativ Satış üzrə Mütəxəssis axtarır!
Namizədə olan tələblər:
· Təcrübə: Satış sahəsi üzrə minimum 2 il təcrübə (avto-ehtiyat hissələri, tikinti, sənaye, istehsal yönümlü sahələrdə təcrübə üstünlükdür);
· Dil bilikləri: Azərbaycan dili (səlis), Rus dili (arzuolunandır);
· Təqdimat bacarığı;
· İnandırma bacarığı;
· Satış texnikaları üzrə biliklər;
· Ünsiyyət qurma bacarığı;
· Komandada işləmək bacarığı;
Vəzifə öhdəlikləri:
· Müxtəlif kateqoriyalı texnikaların ehtiyat hissələrinin korporativ satışının həyata keçirilməsi;
· Mühərrik yağları, akkumulyator, təkər və s. kateqoriyalar əsas olmaqla müştərilərə məhsul qruplarının tanıdılması;
· Müştəri bazasının formalaşdırılması və artırılması üçün aktiv B2B görüşlərinin keçirilməsi;
· Müştəri tələblərinin öyrənilməsi, qarşılanması və daimi loyallığın təmin edilməsi;
· Müştəri borc öhdəlikləri və ödənişlərini daim nəzarətdə saxlamaq;
· Məhsulların təmin edilməsi prosesini tam nəzarətdə saxlamaq, sənədləşmə məsələlərini həll etmək.
İş şərtlərimiz:
· Əmək haqqı: 700 AZN + KPİ;
· İş qrafiki : Tam iş günü (5 gün);
· İş saatları: 08:30-17:30;
· İş yeri: Binəqədi rayonu, Mədən küçəsi 4, Neptun marketlə üzbəüz;
· Şirkət tərəfindən korporativ nömrə;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ Satış üzrə Mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur