“44 günlük Zəfər” Gənclərin Yaradıcılıq Festivalına Biləsuvar rayonundan start verilib

“44 günlük Zəfər” Gənclərin Yaradıcılıq Festivalına Biləsuvar rayonundan start verilib.
10 mart 2022-ci il tarixdə Biləsuvar rayonunda Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyi tərəfindən “44 günlük Zəfər” Gənclərin Yaradıcılıq Festivalının açılış mərasimi və ilk tədbiri keçirilib.
Tədbirdə Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin məsul əməkdaşı Xatirə Bəşirova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev, GİKM-in Biləsuvar nümayəndəliyinin direktoru Təhminə Əliyeva, Təhsil Şöbəsinin əməkdaşı Nərmin Xaqan, Vətən müharibəsinin qaziləri Xanışlı Səttarxan, Gözəlbəyli İman, layihə rəhbəri Elnur Hüseynli, layihənin ekperti Əliheydər Əlifli, layihənin təlimçisi Arif Ağazadə və müsabiqə iştirakçıları iştirak etmişdir.
Tədbir şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.
Giriş sözü ilə layihə rəhbəri Elnur Hüseynli çıxış edərək, layihə barədə ətraflı məlumat vermiş, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun və ən əsası gənclərimizin Vətən müharibəsindəki qəhrəmanlıqlarından söz açaraq, yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsinin vacib olduğunu bildirmiş, seçimlər əsasında layihəyə qatılmış iştirakçılara uğurlar arzulamışdır.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Xatirə Bəşirova çıxış edərək Agentliyin fəaliyyəti və regionlarda vətənpərvərliyi təbliğ edən bu cür layihələrin həyata keçirilməsinin vacib olduğunu bildirmişdir.
Daha sonra çıxış edən qonaqlar layihənin işinə uğurlar arzulayıb, layihənin gənclərin vətənpərvərlik tərbiyəsində vacib rol oynadığını vurğulayıblar.
Vətən müharibəsinin qaziləri Xanışlı Səttarxan, Gözəlbəyli İman çıxış edərək gənc nəslin vətənpərvərlik ruhunun inkişaf etdirilməsi məqsədilə təşkil olunan tədbirə görə təşkilatçılara təşəkkürünü bildiriblər.
Layihə təlimçisi Arif Ağazadə Zəfər tarixi ilə bağlı ətraflı çıxış edərək 44 gün ərzində müzəffər ordumuzun qazandığı tarixi qələbədən və bu qələbəni şərtləndirən əsas amillərdən danışıb.
Daha sonra müsabiqəyə start verilib. Üç istiqamət üzrə (esse, şeir, təsviri sənət) keçirilən yaradıcılıq müsabiqəsində 75 nəfər gənc iştirak edib. Tədbirdə fəal iştirak edən gənclər sertifikatla təltif olunublar. Müsabiqələrdə münsiflərin qərarına əsasən ən yaxşı nəticə göstərən gənclər aprel ayında Biləsuvar rayonunda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar.
Qeyd edək ki, layihənin növbəti mərhələləri Cəlilabad və Salyan rayonlarında keçiriləcəkdir.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az