Şənbə, 23 Avqust, 2025

“44 Günlük Zəfər” Gənclərin Yaradıcılıq Festivalı layihəsinin final mərhələsi keçirilib


  • Dərc edildi: 20 Aprel, 2022 - 04:56
“44 Günlük Zəfər” Gənclərin Yaradıcılıq Festivalı layihəsinin final mərhələsi keçirilib

“44 Günlük Zəfər” Gənclərin Yaradıcılıq Festivalı layihəsinin final mərhələsi keçirilmişdir.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyi tərəfindən “44 günlük Zəfər” Gənclərin Yaradıcılıq Festivalı layihəsinin rayon turlarının qalibləri Biləsuvar rayonunda keçirilən final mərhələsində iştirak etmişdir.
Ümumilikdə üç rayon(Biləsuvar, Cəlilabad, Salyan) üzrə 225 istedadlı gənc layihədə iştirak etmişdir. Final mərhələsinə hər rayon üzrə 15 nəfər, hər istiqamət üzrə isə ən yaxşı nəticə göstərmiş 5 nəfər vəsiqə qazanmışdır.
18 Aprel 2022-ci il tarixdə Biləsuvar rayonunda keçirilmiş final mərhələsində üç rayon üzrə 45 gənc iştirak etmişdir.
Qeyd edirik ki, yaradıcılıq müsabiqəsi üç istiqamət üzrə (esse, şeir, təsviri sənət) keçirilmiş və ən yüksək qiymət alan iştirakçılar mükafatlandırılmışdır.
Tədbirin mükafatlandırma mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin müavini Ləman xanım Yüzbaşova, Biləsuvar şəhər 1 saylı tam orta məktəbin direktoru Xanımgül Abıyeva, rayon təhsil şöbələrinin əməkdaşları, qazilər, layihə rəhbəri Elnur Hüseynli, təlimçi Arif Ağazadə, ekspert Əlifli Əliheydər və gənclər iştirak etmişdirlər.
Qaliblərə müxtəlif hədiyyələr və sertifikatlar təqdim edilmişdir.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 398
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 80
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7274
Sumqayıt Dövlət Univ...