reklam

“Qarabağdakı mədəniyyət abidələrinə qarşı erməni soyqırımı” mövzusunda onlayn formatda konfrans keçirilib

Azərbaycan Vətəndaş Hərəkatının (AVH) təşkilatçılığı ilə “Qarabağdakı mədəniyyət abidələrinə qarşı erməni soyqırımı” mövzusunda onlayn formatda konfrans keçirilib.

Tədbirdə ilk olaraq AVH-nin İcraçı direktoruMübariz Göyüşlüçıxış edərək Hərəkatın təsis olunduğu 2020-ci ildən bəri görülən işlər haqqında məlumat verib. O, AVH-nin önəmli mövzularda beynəlxalq və yerli səviyyəli konfranslar keçirdiyini, görüşlər təşkil etdiyini, Azərbaycan və Türk Dünyası üçün əhəmiyyət kəsb edən mövzularda açıqlamalarla, bəyanatlarla çıxış etdiyini vurğulayıb. Hərəkatın sıralarında əsasən ziyalıların birləşdiyini deyən M.Göyüşlü hər zaman Qarabağ mövzusuna həssas yanaşan təşkilatın təmsilçilərinin Qarabağdakı mədəniyyət abidələrinə qarşı ermənilərin törətdiyi soyqırımı ictimailəşdirməsininönəmli olduğunu qeyd edib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) kafedra müdiri, tarix elmləri doktoru, professorCamal Mustafayev“Şuşanın xanlıqlar dövrü abidələri və erməni vandalizmi” mövzusunda çıxış edib. Professor çıxışında Şuşanın, onun adının mənşəyi haqqında fikirlərini bildirib. C.Mustafayev Şuşa şəhərindəki tikililər haqqında ətraflı danışıb. Çıxışçı Şuşa əhalisinin tərkibi barədə konfrans iştirakçılarına maraqlı və zəngin informasiya verib. ADNSU-nun kafedra müdiri ermənilərin Şuşadakı mədəniyyət abidələrimizə, məscidlərə, qalalara və s. qarşı törətdiyi soyqırım faktlarını sadalayıb.

AMEA A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoruTofiq Nəcəfli“Füzuli rayonunun soyqırıma məruz qalmış tarixi mədəniyyət abidələri haqqında” mövzusunda çıxış edib. T.Nəcəfli çıxışında ermənilərin ən zəngin tarixi abidələrimizi məhv etdiklərini söyləyib. O, düşmənlərimiz tərəfindən məscidlərimizin, digər mədəniyyət abidələrimizin qalıqlarının yer üzündən silindiyini açıqlayıb. Şöbə müdiri Füzuli rayonu ilə bağlı ermənilərin törətdikləri haqqında ətraflı bəhs edib və 16 abidənin, körpünün, hamamın və s. məhv edildiyini söyləyib. O, daha sonra mədəniyyətimizə qarşı törədilmiş soyqırımlar haqqında faktlarla məlumat verib və onların bərpasının vacib olmasının qeyd edib.

AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix elmləri doktoruQasım Hacıyev“Qarabağın maddi və mənəvi mədəniyyətinə qarşı erməni qəsdlərinin tarixindən” mövzusunda çıxış edib. 160 elmi əsərin, kitabın, monoqrafiyanın müəllifi olduğunu deyən Q.Hacıyev çıxışında Qarabağın qədim yaşayış məskəni olduğunu deyərək, Azıx mağarası haqqında danışıb. Alim qədim daş abidələrin Azərbaycan cəmiyyətinin zəngin mədəniyyəti olduğunu söyləyib. O, Azıx mağarası və digər mədəniyyət abidələrindən, işğal dövründə onların tarixinin ermənilər tərəfindən saxtalaşdırılması cəhdlərindən də söz açıb.

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi Birliyinin sədriFuad Hüseynzadə“Erməni vandalizmi beynəlxalq mediada” mövzusunda çıxış edib. F.Hüseynzadə beynəlxalq internet məlumatlarında Azərbaycan haqqında məlumatların az olmasını söyləyib. Çıxışçı beynəlxalq miqyasdakı araşdırmaçıların ermənipərəst mənbələrdən istifadə etdiklərini vurğulayıb. O, xarici mediada Qarabağla bağlı materialların müntəzəm şəkildə çap edilməsinin zəruriliyindən də bəhs edib.

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun bölmə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosentTəvəkkül Əliyev“İşğal dövründə "tədqiqat" adı ilə Azərbaycan mədəniyyətinə vurulan zərbə” mövzusunda çıxış edib. T.Əliyev müharibəyə qədər azərbaycanlı alimlər tərəfindən Qarabağda arxeoloji tədqiqatların aparıldığını, kurqanlardan zəngin mədəniyyət nümunələri götürüldüyün söyləyib. Ermənilərin də işğal zamanı Qarabağda “tədqiqatlar” apardığını deyən T.Əliyev Xudavəng abidəsi haqqında danışarkən onun Azərbaycan-türk dilində “Tanrı evi” olmasını nəzərə çatdırıb. O torpaqlarımızın azad edilməsindən sonra onların yaxından öyrənilməsi imkanlarının yarandığını qeyd edib.

Memarlıq üzrə fəlsəfə doktoru, dosentRizvan Qarabağlı“Azərbaycanda regional memarlıq məktəbləri və onlara erməni münasibəti” mövzusunda çıxış edib. R.Qarabağlı çıxışında memarlıq məktəbləri haqqında ətraflı məlumat verib, oxşarlıqlardan və fərqliliklərdən danışıb. Alim tanınmış memarlardan, onların rəhbərlik etdiyi məktəblərdən söz açıb. R.Qarabağlı Qarabağ memarlıq məktəbindən danışaraq onun üç mərhələdən ibarət olduğunu söyləyib. O, mədəniyyət abidələrimizdən, məscidlərimizdən, memarların fəaliyyətindən də ətraflı bəhs edib, bir sıra faktlar sadalayıb.

AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşıFaiq İsmayılov“İşğaldan azad olunmuş ərazilərdəki tarix və mədəniyyət abidələrinə vurulan zərərlərin beynəlxalq ictimaiyyətə çatdırılması” mövzusunda çıxış edib. F.İsmayılov bildirib ki, ermənilər abidələrimizi dağıdır və onları dəyişdiriblər. Çıxışçı xüsusən də xristianlıq dövrünə aid 50-yə qədər abidəmizin ermənilər tərəfindən dəyişdirildiyini qeyd edib. Azərbaycanın Qarabağ bölgəsindəki abidələrin əksəriyyətinin işğal vaxtında xaricə satıldığını deyən F.İsmayılov Laçın muzeyindən oğurlanan abidələrdən nümunələr sadalayıb.

AVH-nin Məclis üzvü, AMEA Fəlsəfə və Sosiologiya İnstiutunun şöbə müdiri, fəlsəfə doktoruMəhəmməd Cəbrayılov“Milli mənəvi dəyırlərin qorunmasında tarixi yaddaş problemi” mövzusunda çıxış edib. O, tarixi yaddaşın, xalq yaddaşının önəmindən bəhs edib. M.Cəbrayılov qeyd edib ki, yaddaş baş verənlərin olduğu kimi gələcəyə ötürülməsi deməkdir. Mədəniyyət abidələrinin dağıdılmasını sərt şəkildə tənqid edən çıxışçı bununla xalqın keçmişinin silindiyini açıqlayıb.

AMEA A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, Dövlət Mükafatı laureatıGüntəkin Nəcəfli“Qarabağ: tarixi adlara və abidələrə qarşı erməni vandalizmi” mövzusunda çıxış edib. O, ermənilərin işğal siyasətindən danışaraq məqsədin əhalini məhv etməklə yanaşı tarixi abidələri dağıtmaq, ərazi iddialarını rəsmiləşdirmək olduğunu vurğulayıb. G.Nəcəfli çıxışında ermənilərin türk toponimlərinin izlərini də məhv etməyə çalışdıqlarını söyləyib. Alim Ağdamın, Füzulinin, Kəlbəcərin, Zəngilanın və oradakı toplonimlərin dəyişdirilməsindən söz açıb. G.Nəcəfli Qarabağdakı 300-dən çox toponimin hamısının Azərbaycan türkcəsində olduğunu söyləyib.

AVH-nin İdarə Heyətinin üzvü, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoruMübariz Ağalarlı“Dünya mədəni irsinin qorunmasının beynəlxalq hüquqi əsasları və Qarabağ abidələrinə qarşı soyqırım siyasəti” mövzusunda çıxış edib. O, beynəlxalq miqyasda mədəniyyət abidələri ilə bağlı qəbul edilmiş qətnamələrə toxunub. M.Ağalarlı təəssüflə bildirib ki, qəbul edilmiş beynəlxalq sənədlər belə ermənilərin vandal hərəkətlərini dayandıra bilməyib. AVH təmsilçisi ermənilərin mədəniyyət abidələrimizi özününküləşdirmək cəhdlərinin baş tutumamasını da diqqətə çatdırıb.

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, dosent, tarix üzrə fəlsəfə doktoruAzad Zeynalov“Azıx mağarasında ermənilərin apardığı qeyri-qanuni qazıntıların nəticələrinə dair” mövzusunda çıxış edib. O, 2002-2019-cu illərdə ermənilərin Azıx mağarasında “tədqiqatlar” apardıqlarını söyləyib. A.Zeynalov ermənilərin buradakı saxtakarlıqlarından bəhs edib. Azıxdakı insanın çənə sümüyünün illər öncə azərbaycanlı alimlər tərəfindən 300 min il göstərildiyini deyən çıxışçı müasir texnologiyaların da hazırda bunu təsdiqlədiyini açıqlayıb.

AVH-nin Məclis üzvü, AMEA Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoruBəxtiyar Həsənov“Qarabağda dini-tarixi abidələr” mövzusunda çıxış edib. O, Qarabağdakı İslam abidələrinin ermənilər tərəfindən məhv edildiyini, xristian abidələrinin isə saxtalaşdırıldığını qeyd edib. B.Həsənov xüsusilə alban abidələrinə qarşı ermənilərin daha çox müdaxilə etdiklərini vurğulayıb. AVH təmsilçisi çıxışında məscidlərimizin əksəriyyətinin tamamilə dağıdılmasını təəssüflə bildirib.

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, sosioloqƏfqan Vəliyevçıxışında ermənilərin törətdikləri soyqırımlardan, məscidlərə, tarixi abidələrə qarşı vandallıqlardan bəhs edib. Ə.Vəliyev faktlarla ermənilərin törətdikləri soyqırımlardan, onların vurduğu zərbələrdən danışıb.

Sonda Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent, Dövlət Mükafatı LaureatıHacı Həsənovyekun çıxışı edib. O, bu mövzuda tədbirlərin, müzakirə və araşdırmaların daha çox aparılmalı olduğunu qeyd edib. H.Həsənov düşmənə qarşı mübarizədə alimlərin aparıcı rola malik olduğunu deyərək ermənilərin mədəniyyət abidələrimizə qarşı törətdiyi soyqırımların araşdırılmasının önəmindən də bəhs edib.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az