İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi aşağıdakı vəzifələrə vakansiya elan edir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi

bir neçə vəzifə üzrə vakansiya elan edir.

     Öz peşəkar qabiliyyətlərinə güvənən, bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Respublikasında aparılan iqtisadi islahatların daha da genişləndirilməsi və onların müntəzəmliyinin təmin edilməsi, stimullaşdırıcı mexanizmlərdən və innovasiyalardan istifadə edilməsi, yeni konseptual yanaşmaların tətbiqi, mövcud iqtisadi potensialdan və əlverişli investisiya mühitindən daha səmərəli istifadə edilməsi istiqamətində ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini vermək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Vakansiya: Aparıcı back-end proqramçı

 

Vəzifə öhdəlikləri: 

  • yeni veb-layihələr üzərində işləməsi;
  • mövcud veb-layihələrin inkişaf etdirilməsi;
  • komanda üzvü kimi veb-layihələr üzərində işləməsi;
  • layihələri planlaması, inkişaf etdirməsi, deploy etməsi və baxımı;
  • yeni texnologiyaların araşdırılması və tətbiq olunması;
  • məhsulun biznes məntiqinin və back-end sisteminin dizayn olunması və proqramlaşdırılması;
  • front-end proqramçısı ilə sıx əməkdaşlıq edərək funksional, effektli və tam tələblərə cavab verən API-ların hazırlanması;
  • mənbə kodlarını analiz etmək və ehtiyaca uyğun dəyişiklikləri icra etməsi;
  • unit və inteqrasiya testlərinin yazılması və gündəlik tapşırıqlar üçün avtomatik alətlərin hazırlanması;
  • keyfiyyətli, effektli kodların yazılması və sənədləşdirilməsi;
  • riskləri və səmərəsiz həll yollarını aradan qaldırmaq üçün ideya və fikirlərin təhlil olunması;
  • yeni texnologiyaların araşdırılması və tətbiq olunması.

 

Təhsil və ixtisas tələbləri: ali təhsil (informasiya texnologiyaları, informasiya sistemləri, kompüter elmləri, avtomatlaşdırılmış sistemlər və riyaziyyat sahəsi).

Staja dair tələb: Müvafiq sahədə ən azı 3 ildən çox təcrübə.

Kompüter biliklərinə dair tələblər:

•  OOP prinsiplərini aktiv istifadə etmə təcrübəsi;

•  yeni texnologiyalari sürətlə öyrənmə həvəsi;

•  Php, Laravel framework, (Codeigniter bilmək üstünlükdür), REST, MVC, Design patterns, MySQL, SQL, git.

   Üstünlük verilən tələblər:

•  Docker, Kubernetes mühitlərində işləmə təcrübəsi;

•  proyektlərin yaradılması və komandaların formalaşmasında təşəbbüskarlıq göstərmə təcrübəsi;

•  agile metodologiyaları biliyi;

•  CI/CD proseslərinin qurulması təcrübəsi;

•  C#, ASP.Net Core bilikləri;

•  Html, Css, Bootstrap;

•  Javascript, jQuery, Ajax.

Dil bilikləri: Azərbaycan - yüksək səviyyədə, ingilis dili bilikləri (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması və tərcüməsi).

Xüsusi bacarıqlar: 

Diqqətlilik, ünsiyyət qurma bacarığı, dünyagörüşü, təşkilatçılıq səriştəsi, komandada işləmək bacarığı, problemi həll etmək və qərarvermə qabiliyyəti.

Vakansiya: Aparıcı front-end proqramçı

Vəzifə öhdəlikləri: 

  • yeni veb-layihələr üzərində çalışmaq;
  • mövcud veb-layihələri inkişaf etdirmək;
  • veb-layihələr üzərində komanda üzvü olaraq çalışmaq;
  • yeni texnologiyaların araşdırılması və tətbiq olunması;
  • back-end proqramçısı ilə sıx əməkdaşlıq edərək funksional, effektli və tam tələblərə cavab verən səhifələrin hazırlanması;
  • mənbə kodlarını analiz etmək və ehtiyaca uyğun dəyişiklikləri icra etmək;
  • keyfiyyətli, effektli kodların yazılması və sənədləşdirilməsi.

 

Təhsil və ixtisas tələbləri: ali təhsil (informasiya texnologiyaları, informasiya sistemləri, kompüter elmləri, avtomatlaşdırılmış sistemlər və riyaziyyat sahəsi).

Staja dair tələb: müvafiq sahədə ən azı 3 ildən çox təcrübə.

Kompüter biliklərinə dair tələblər:

  • front-end biliklər: ReactJs, NextJs, Javascript/Typescript, Redux, Html, CSS/SCSS, JQuery (Bootsrap 4-5, TailwindCss);
  • Figma ilə işləmək bacarığı;
  • RestAPI və Version control – Git ilə işləmək bacarığı.

Dil bilikləri: Azərbaycan - yüksək səviyyədə, ingilis dili bilikləri (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması və tərcüməsi); 

Xüsusi bacarıqlar: 

Diqqətlilik, ünsiyyət qurma bacarığı, dünyagörüşü, təşkilatçılıq səriştəsi, komandada işləmək bacarığı, sərbəst araşdırma aparmaq, problemi həll etmək və qərarvermə qabiliyyəti.

 

 

 

 

Vakansiya: DevOps mühəndis

Vəzifə öhdəlikləri: 

  • yeni virtual maşınların (VM) tələblərə uyğun şəkildə konfiqurasiya edilməsi və mövcud virtual maşınlarda müvafiq sazlanmaların aparılması;
  • mövcud problemlərin qiymətləndirilməsi və həmin problemlərinin həll olunması üçün proqramçılar ilə işlərin yerinə yetirilməsi;
  • proqram təminatlarının yerləşdirməsində yaranan çətinliklərin müəyyənləşdirilməsi və həll edilməsi;
  • istifadə edilən sistemlərin və mövcud layihələrin vəziyyətinin yoxlanması, nəzarət edilməsi və müvafiq hesabatların hazırlanması kimi gündəlik tapşırıqların yerinə yetirilməsi.

 

Təhsil və ixtisas tələbləri: ali təhsil (informasiya texnologiyaları, biznesin idarəedilməsi və ya müvafiq ixtisas üzrə).

Staja dair tələb: müvafiq sahədə ən azı 2 ildən çox təcrübə.

Kompüter biliklərinə dair tələblər:

  • Linux əməliyyat sistemləri üzrə güclü biliklər;
  • məlumat bazalarının idarə olunması üzrə baza bilikləri;
  • avtomatlaşdırma tool-ları: Ansible, Jenkins və ya digərləri;
  • şəbəkə sistemləri üzrə baza bilikləri (vacibdir);
  • kubernetes cluster-lərinin idarə olunması üzrə biliklər;
  • monitorinq vasitələri: Prometheus/Grafana, Sentry, ELK stack;
  • konteynerləşdirmə və Docker texnologiyaları bilikləri;
  • API Gateway kimi proseslərin qurulması üzrə təcrübə;
  • mikroservis arxitekturasında işləyənlərə üstünlük veriləcək;
  • Gitlab CI/CD;
  • Nginx, Tomcat idarə etmə bacarığı;
  • virtualizasiya tool-ları ilə iş bacarığı.

Dil bilikləri: Azərbaycan - yüksək səviyyədə, ingilis dili bilikləri (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması və tərcüməsi); 

Xüsusi bacarıqlar: 

Diqqətlilik, ünsiyyət qurma bacarığı, dünyagörüşü, təşkilatçılıq səriştəsi, komandada işləmək bacarığı, sərbəst araşdırma aparmaq, problemi həll etmək və qərarvermə qabiliyyəti.

 

Göstərilən tələblərə cavab verən namizədlər CV-ni faylı ad və soyadla adlandırmaqla 2024-cü il 18 fevral tarixinədək vacancy@ereforms.gov.az elektron poçt ünvanına göndərə bilərlər. 

Elektron məktubun mövzu hissəsində müraciətin məqsədinin (vakansiyanın adı) qeyd edilməsi xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az