Çərşənbə axşamı, 22 İyul, 2025

Bakı Ali Neft Məktəbinin tələbəsi Prezident mükafatına layiq görülüb


  • Dərc edildi: 2 Fevral, 2024 - 15:37
Bakı Ali Neft Məktəbinin tələbəsi Prezident mükafatına layiq görülüb

Bakı Ali Neft Məktəbinin tələbəsi Prezident mükafatına layiq görülüb

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Fatimə Məmmədova Azərbaycan Prezidenti İlham Əliyevin “2024-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” Sərəncamı ilə mükafata layiq görülən gənclər arasında yer alıb.  

Prezidentin Sərəncamına əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 gəncdən biri olan Fatimə Bakı Ali Neft Məktəbinin fəal tələbələrindəndir. 

O, “SOCAR Türkiyə” və bp-də proses mühəndisi olaraq təcrübə keçib, mübadilə proqramı çərçivəsində Türkiyənin Orta Doğu Texniki Universitetində bir semestr təhsil alıb.

Onun təmsil olunduğu BANM-in komandası Bakıda ilk dəfə keçirilən Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı -“Teknofest" yarışmasında "Yaşıl texnologiyalar" kateqoriyasında I yerə layiq görülüb və "Teknofest Türkiyə"də layihəni tanıtmaq imkanı əldə edib. Komanda eyni layihə ilə regionlar üzrə keçirilən “ClimateLaunchPad” yarışmasında 3-cü yerə layiq görülüb, “The Black Sea Universities Network (BSUN)” yarışmasında qalib olub. 2023-cü ildə bu layihə KOBİA tərəfindən maliyyələşdirilib.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 4046
Sumqayıt Dövlət Univ...
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 2372
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 209
Bu gündən tələbələri...