Cümə, 22 Avqust, 2025

ASAPES-də prorektor vəzifəsinə yeni təyinat olub


  • Dərc edildi: 2 Fevral, 2024 - 13:29
ASAPES-də prorektor vəzifəsinə yeni təyinat olub

ASAPES-də prorektor vəzifəsinə yeni təyinat olub

Gənclər və idman naziri Fərid Qayıbovun müvafiq əmri ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru vəzifəsinə yeni təyinat olub. Rektor Fuad Hacıyev bu gün Prorektor vəzifəsinə təyin olunan Ülkər Babayevanı kollektivə təqdim edib.

Ülkər Babayeva Azərbaycan Dillər Universitetində ingilis dili üzrə bakalavr, ingilis dili və ədəbiyyatı üzrə isə magistr dərəcəsinə yiyələnib.
2001-2003-cü illər ərzində ABŞ-ın Minnesota Dövlət Universitetində Beynəlxalq əlaqələr ixtisası üzrə təhsil alıb.
ABŞ-ın Cons Hopkins Universitetində doktorantura təhsilini davam edərək Təhsil üzrə Doktor (EdD) elmi dərəcəsi alıb.
Ülkər Babayeva bundan əvvəl Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində baş məsləhətçi, Azərbaycan Respublikası Mərkəzi Bankının İqtisadi Maarifləndirmə Xidmətinin rəhbəri və Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini vəzifələrində çalışıb.

Qeyd edək ki, ASAPES-in Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə bundan əvvəlki prorektoru Təhminə Tağı-Zadə AMADA-nın icraçı direktoru təyin edilib.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 351
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 71
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7207
Sumqayıt Dövlət Univ...