Cümə, 1 Avqust, 2025

İnsan resurslarının idarə edilməsi şöbəsinin böyük məsləhətçisi vakansiyası


  • Dərc edildi: 12 Sentyabr, 2024 - 18:20
İnsan resurslarının idarə edilməsi şöbəsinin böyük məsləhətçisi vakansiyası

 İnsan resurslarının idarə edilməsi şöbəsinin böyük məsləhətçisi vakansiyası



İş yeri: Zəngilan, Cəbrayıl, Qubadlı

Vəzifə funksiyaları:

Əmək müqavilələrinin bağlanması və işdən azad olunmanların Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilməsini həyata keçirmək; 
Elektron Hökumət Portalında Əmək müqaviləsinin bağlanması, dəyişiklik edilməsi və xitam verilməsi ilə bağlı Əmək müqaviləsi bildirişini daxil etmək;
Ezamiyyət əmrlərini rəsmiləşdirmək, xərclərini hesablamaq və Maliyyə şöbəsinə təqdim etmək;
Qanunvericiliyə müvafiq surətdə məzuniyyət cədvəllərinin tərtib edilməsi, məzuniyyət əmrlərini (ödənişli, ödənişsiz, təhsil və s.) rəsmiləşdirmək, məzuniyyətlərin verilməsinin qeydiyyatını aparmaq, məzuniyyətdən vaxtında, tərtib edildiyi halda qrafik üzrə istifadə edilməsinə nəzarət etmək;
İşçilərin yerdəyişmə əmrlərini rəsmiləşdirmək və bununla bağlı müvafiq tədbirlər görmək (müqaviləyə dəyişiklik, İT şöbəsinə müraciət və s.);
İşçilərin inzibati tənbehlərini (töhmət və xəbərdarlıqların) və həvəsləndirmə tədbirlərini sənədləşdirmək;
Yeni işçiləri şirkətdaxili qaydalarla və prosedurlarla tanış etmək və oriyentasiya təlimlərini həyata keçirmək;
Karyera sərgilərində iştirak etmək;
Rəhbərlik tərəfindən tələb edilən statistik hesabatlarını hazırlamaq;
Test bazasının hazırlanması və yenilənməsini həyata keçirmək;
Daxil olan müraciət anketlərinə əsasən CV bazası formalaşdırmaq;
İşçilərin davamiyyəti ilə bağlı müvafiq hesabat tərtib etmək və birbaşa rəhbərə təqdim etmək.

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:


İqtisadiyyat və ya texniki sahə üzrə ali təhsil;
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
Dövlət qurumlarında iş təcrübəsi olanlara üstünlük veriləcək;
Yüksək səviyyədə kompüter və ofis proqramları barədə biliklər;
Xarici dil bilikləri arzuolunandır;
Xüsusi qeyd: bəy namizədlərə üstünlük verilir

Müraciət etmə qaydaları:
Xahiş olunur CV-lərinizi 30 Sentyabr 2024-cü il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “HR” qeyd etməklə [email protected] adresinə göndərəsiniz.

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 290
“İnnovativ məktəb” l...
Tələbələrin təqaüdü artırıldı - Sərəncam
24 İyul, 2025 - 15:07 891
Tələbələrin təqaüdü ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
24 İyul, 2025 - 01:30 808
Azərbaycan Texnologi...