Cümə axşamı, 28 Avqust, 2025

Baku TV gənclər üçün “Rəqəmsal Media Məktəbi” layihəsi elan edir!


  • Dərc edildi: 7 Mart, 2024 - 21:55
Baku TV gənclər üçün “Rəqəmsal Media Məktəbi” layihəsi elan edir!

Baku TV gənclər üçün “Rəqəmsal Media Məktəbi” layihəsi elan edir!

Gələcək karyerasını jurnalistika sahəsində qurmaq istəyən və media sahəsini dərindən öyrənərək peşəkar biliklərə yiyələnmək istəyən ali təhsilli və 3-4-cü kurs tələbələrini Baku TV-nin elan etdiyi “Rəqəmsal Media Məktəbi” sosial layihəsinə qoşulmağa dəvət edirik. 3 ay davam edəcək nəzəri və praktiki təlimlər tamamilə ödənişsizdir və təlimin sonunda hər kəs sertifikatla təltif olunacaqdır. Bundan əlavə, təlimləri yüksək nəticə ilə bitirmiş gənclər Baku TV-də işlə təmin olunma şansını əldə edə bilərlər.

Təlimlər əsasən 3 istiqamətdə aparılacaq:
1. Jurnalistika peşə təlimləri - Reportyorluq, redaktorluq, aparıcılıq kimi sahələrə aid nəzəri və praktiki dərslər keçiriləcək.
2. Sosial media marketinq təlimləri - İştirakçılara müxtəlif internet platformalarında sərbəst çalışmaq üçün gərəkli təlimlər keçiriləcək.
3. Texniki təlimlər - İştirakçılara foto və video çəkiliş, eləcə də audio və video montajın sirrləri öyrədiləcək.

Müraciət üçün CV-lərinizi [email protected] e-poçt ünvanına göndərə bilərsiniz.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 742
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 150
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7616
Sumqayıt Dövlət Univ...