Bazar ertəsi, 25 Avqust, 2025

Tibb mərkəzi Tibb qardaşı vakansiyası elan edir


  • Dərc edildi: 24 İyul, 2024 - 16:56
Tibb mərkəzi Tibb qardaşı vakansiyası elan edir

“Sağlam Ailə” tibb mərkəzi Tibb qardaşı vakansiyası elan edir.



Vəzifə və öhdəliklər:

• Klinikaya müraciət edən pasiyentləri qəbul edir, pasiyentin şikayət, istək, baxış və anamnez məlumatlarını nəzərə alaraq müayinənin həcmini və təyinatını dəqiqləşdirir, müvafiq təlimatlara uyğun qeydiyyatını aparır;
• Laborator və funksional müayinələr, onlara hazırlıq və aparılma qaydaları haqqında məlumatlandırır;
• Laborator tədqiqatlar üçün bioloji materialların götürülməsini həyata keçirir;
• Lazım gəldiyində pasiyentlərə müayinələrin seçilməsində tövsiyyələr verir və müayinə nəticələrini interpretasiya edir, nəticələrlə bağlı izahlar verir, müvafiq maarifləndirmə işi aparır;
• İstəyə əsasən xidmətlərin müqayisəli tövsiyyəsini etmədən tibbi xidmətləri təklif edir (Qəbul həkiminə yönləndirir /Chek-up xidmətlər təklif edir / Müvafiq ixtisaslı həkimə yönləndirir).

Namizədə olan tələblər:

• Ali tibbi və ya orta tibb ixtisas təhsil;
• Cinsi: Kişi;
• Yüksək ünsiyyət qabiliyyətli, hədəf yönümlü və nəticəyə istiqamətlənmiş;

Qeyd:

• İş qrafiki: həftənin 6 günü;
• Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
• Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
• Şirkət daxili təlim və inkişaf imkanları.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə “Tibb qardaşı” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 534
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 100
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7399
Sumqayıt Dövlət Univ...