“Bank Respublika” ASC Daxili Audit Departamentinə İnformasiya texnologiyaları və ya İnformasiya təhlükəsizliyi üzrə auditor (İT Auditor) vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
- Audit olunan prosesin daxili nəzarət sistemlərinin mövcud olması, effektivliyi və adekvatlığını yoxlamaq və qiymətləndirmək;
- Zəruri hallarda bankın daxili qaydaları, prosedurları və əsasnaməsində dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
- Yoxlama obyektinə dair ehtimal olunan riskləri müəyyənləşdirmək;
- Təyin edilmiş vaxt çərçivəsində audit yoxlaması aparılan sahənin risk təhlilini həyata keçirmək;
- Proseslərin müvafiq qanunvericilik, prosedur və qaydalara uyğun olmasını təyin etmək;
- Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələri həyata keçirmək;
- İT əməliyyatlarında zəifliklərin müəyyən edilməsi ilə bağlı daxili araşdırmanın aparılması.
Namizədə qarşı tələblər:
- Ali təhsil (İnformasiya texnologiyaları və ya informasiya təhlükəsizliyi sahələri üzrə);
- İnformasiya texnologiyaları və ya İnformasiya təhlükəsizliyi üzrə nəzarət və monitorinq funksiyalarında minimum 4 il iş təcrübəsi;
- Daxili audit, risklərin idarə olunması sahəsi üzrə biliklər;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, İngilis dili yaxşı səviyyədə arzuolunandır;
- Excel proqramında işləmək bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Öz fikirlərini yazılı şəkildə ifadə etmək bacarığı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 23 iyun 2023-cü il tarixinədək emailin mövzu hissəsində İnformasiya texnologiyaları və ya İnformasiya təhlükəsizliyi üzrə auditor (İT Auditor) şəklində qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur