ICS Azerbaijan şirkəti bir çox ildən çox təcrübəsi olan idarə heyəti ilə müəssisə idarəetməsi sahəsində yüksək keyfiyyətli xidmət göstərir. Heyətimiz təklif etdiyimiz xidmət sahələrində Azərbaycan, Türkiyə, Rusiya və digər ölkələrdə ixtisaslaşmış və ICS şirkətində bir araya gələrək müəssisələrə Avropa standartlarına uyğun xidmət təklif edir
B2B satış meneceri
Vəzifə və öhdəliklər:
- Səhiyyə müəssisələri üzrə yeni müştərilərin cəlb olunması, müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması (soyuq zənglər, görüşlər və s.);
- Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və həllərin təqdim olunması;
- Yeni biznes və potensial kanal artımını inkişaf etdirmək;
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Gündəlik, həftəlik, aylıq və illik satış barədə hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.
Tələblər:
- Ali təhsil;
- İş təcrübəsi: Oxşar sahədə azı 1 il iş təcrübəsi;
- Cins: Qadın;
- Yaş həddi: 22-35;
- Azərbaycan və rus dili yüksək səviyyədə olmalı, ingilis dili üstünlük;
- B2B və B2C və ya Korporativ satış sahəsində təcrübəsi olmalı;
- Ofis proqramlarında istifadə bacarığı;
- Analitik düşünmə və problem həll etmə qabiliyyəti;
- Dəqiq, intizamlı və işində məsuliyyətli olmalı.
İş şəraiti:
- ARƏM uyğun işə qəbul;
- Həftədə 1 gün istirahət.
Əmək Haqqı: Əməkhaqqı müsahibə əsasında təyin olunacaq və həyata keçirilən satış əsasında bonuslar veriləcək.
Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində “B2B satış meneceri” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur