Azərbaycan Hava Yolları QSC-nin Hava Gəmisində mövcud olan uçuş heyətini və müvafiq heyət standartlarını nəzərə alaraq vəzifə üzrə yalnız “xanım” namizədlər dəyərləndiriləcək
Vəzifə Öhdəlikləri:
- Hava Gəmisinin göyərtəsində sərnişinləri qarşılamaq;
- Sərnişinləri minik talonlarına müvafiq olaraq düzgün yerləşdirmək, həmçinin baqajın, yükün və poçtun yüklənməsinə nəzarət etmək;
- Uçuş zamanı sərnişinlərə standartlara uyğun yüksək səviyyəli xidmət göstərmək;
- Hava Gəmisində sərnişinlərin təhlükəsizliyini, operativ ilkin tibbi yardım göstərilməsini təmin etmək;
- Hava Gəmisində sərnişinləri ümumi davranış qaydalarına riayət etmələrinə nəzarət etmək;
- Hava Gəmisinin məişət və mətbəx avadanlığının uçuşa hazırlığına nəzarət etmək
Tələblər
- Vətəndaşlıq: AR vətəndaşı olmaq
- Yaş: 20-35 yaş aralığında olmaq (uyğun təcrübə olmadığı halda)
- Yaş: maksimum 45 (uyğun təcrübə olduğu halda)
- Boy: 160-180 (xanım namizədlər üçün)
- Təhsil: minimum tam orta təhsil
- Dil bilikləri: Azərbaycan – səlis, İngilis – orta səviyyə (fikirləri sərbəst ifadə etmək qabiliyyəti)
- İngilis dili biliyi təsdiq edən beynəlxalq sertifikat mövcudluğu (IELTS, TOEFL və s.) üstünlük sayılır
- Digər beynəlxalq dil bilikləri (Rus, Alman, Fransız və s.) üstünlük sayılır
- Müştəri yönümlü xidmət mədəniyyəti
- Ünsiyyət bacarıqları
- Komandada çalışmaq bacarığı
Əlavə Qeydlər:
- Təyyarə Bələdçisi vəzifəsi xüsusi xidməti geyimdən istifadə etmə tələb edən vəzifədir. Fəaliyyət göstərən Təyyarə Bələdçiləri təşkilatın təsdiq etdiyi geyim formasından istifadə qaydalarına uyğun davranmalıdır;
- Təyyarə Bələdçisi vəzifəsi müxtəlif insanlar ilə ünsiyyəti tələb edən vəzifədir. Fəaliyyət göstərən Təyyarə Bələdçilərinin vücudunun görünən yerlərində xüsusi nişan, döymə, piercing və s. bənzər nişanların olması qəbul edilməzdir.
Seçim Mərhələləri:
- CV-lərin tələblərə uyğunluğunun yoxlanılması (CV-də qeyd olunan məlumatlara əsasən)
- Telefon müsahibəsi (CV-də qeyd olunan məlumatların dəqiqləşdirilməsi, dil biliklərinin dəyərləndirilməsi)
- Ümumi müsahibə (İnsan Resursları, Funksiya rəhbərliyi və Peşəkar Psixoloqun iştirakı ilə)
- Namizədlərin fiziki göstəricilərinin tələblərə uyğunluğunun yoxlanması (Boy/Çəki/Görünüş və s.)
- Dil bilikləri dəyərləndirilməsi
- Tibbi Müayinə (yerli və beynəlxalq Aviasiya tələblərinə uyğun olaraq müvafiq prosedurların həyata keçirilməsi)
- İşə Qəbul və Təlimlər
Aprel 29, 2024
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur