Çərşənbə axşamı, 8 İyul, 2025

Elektron sənəd qəbulunun müddəti uzadıldı


  • Dərc edildi: 20 Dekabr, 2023 - 18:05
Elektron sənəd qəbulunun müddəti uzadıldı

Elektron sənəd qəbulunun müddəti uzadıldı

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinin müddəti 26 dekabr tarixinə qədər uzadılıb. Müsabiqədə iştirak etmək istəyən namizədlər 26 dekabr saat 11:00-dək https://lnkd.in/d2XUfEXN linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. 

Qeyd edək ki, ötən müsabiqədə iştirak etmiş şəxslər yenidən müraciət edə bilərlər. Belə ki, həmin şəxslərin elektron sənədlərinin statusu ilkin mərhələyə qaytarılıb.

Nəzərinizə çatdırırıq ki, müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər. Namizədlərin hazırda məktəbəqədər təhsil müəssisəsində çalışması şərt deyil.

Namizədlərin hər birinə uğurlar arzulayırıq!

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır!
08 İyul, 2025 - 12:23 0
Məktəbəhazırlıq qrup...
Kaspi Kids "Ələkbər əmi"nin xatirəsini anıb
07 İyul, 2025 - 12:34 60
Kaspi Kids "Ələkbər ...
Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 277
Xaricdə təhsil alan ...