reklam

COP29 çərçivəsində gənc müəllimlər üçün beynəlxalq layihə keçirilib

COP29 çərçivəsində gənc müəllimlər üçün beynəlxalq layihə keçirilib

 


Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Çin Biomüxtəlifliyin Qorunması və Yaşıl İnkişaf Fondunun tərəfdaşlığı ilə "Yaşıl məktəblər üçün gənc müəllimlərin beynəlxalq təcrübə mübadiləsi" layihəsi keçirilib.         

5 gün müddətində həyata keçirilən layihənin ilk günü Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) sədri Pərvinə Qədimova və layihələr üzrə meneceri Ramilə El-oğlu müəllimlərə proqram haqqında məlumat verib. Daha sonra Tyantszin Xarici Tədqiqatlar Universitetinin əməkdaşı Li Xiang tərəfindən “Yaşıl məktəblərin qurulması üzrə dialoq” mövzusunda görüş və qrup işləri keçirib.

Günün ikinci yarısı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının koordinatoru Linpeng Chubin tərəfindən “Ali təhsil müəssisələrində yaşıl təhsilin transformasiyasını və təkmilləşdirilməsini təşviq etmək metodlar” mövzusunda keçirilən təlim ilə yekunlaşıb.

Layihənin 2-ci gününün ilk təlimi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Gənclər təşkilatlarının rəsmi üzvü Zhu Danfeng tərəfindən “Qeyri-maddi mədəni irs və qlobal iqlim cəhdləri” mövzusunda olub.       

Günün ikinci yarısı isə Avropa Tələbələr Forumu Bakı İctimai Birliyinin sədri Cəsur Mədətzadə və təlimçi Nəzrin Süleymanova tərəfindən “Komanda daxilində işin təşkili” mövzusunda təlim keçirilib, davamında isə qrup işləri keçirilib. Layihənin 3-cü təlimi isə təhsildə ekoloji yanaşmalar sahəsində təlimçi Nərgiz Əliyeva tərəfindən “Ətraf mühitin çirklənməsi və təhsil müəssisələrinin bu istiqamətdə ata biləcəyi addımlar” mövzusuda olub.

Qeyd edək ki, layihənin 3-cü gününün ilk təlimi təlimçi Nuranə Məmmədova tərəfindən “Yaşıl məktəbə doğru: hər məktəbdəki boşluqların və potensialın aşkar edilməsi” mövzusunda olub. Daha sonra isə təlimin vörkşopu baş tutub. Günün irəliləyən saatlarında Yaşıl Zonada Milli QHT Pavilyonunda “Gənclər və Texnologiya tərəfindən İqlim Hərəkatı” mövzusunda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransının katibinin müavini Noura Hamladji, İqlim Bağları Təşəbbüsünün həmtəsisçisi və baş direktoru Sean Kidney və müxtəlif ekspertlər  tərəfindən sessiya baş tutub və bununla da gün yekunlaşıb.      

Layihənin son günləri təlimçi Nuranə Məmmədova tərəfindən “Layihə ideyalarının dizaynı və komandaların formalaşması”, “Problemin həllə çevrilməsi”, “Layihə təkliflərinin yekunlaşması”, “Qiymətləndirmə və növbəti addımların planlanması” mövzusunda təlimlər keçirilib, davamında isə müəllimlərin hazırladıqları layihələrinin təqdimatları ekspertlər tərəfindən dinlənilib. Sonda AGMA-nın əməkdaşları tərəfindən müəllimlərimiz sertifikatla təltif ediblər.        

 


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az