Arxiv işçisi vəzifəsi üzrə vakansiya

"AFB Bank" ASC Arxiv işçisi vəzifəsi üzrə namizəd axtarışındadır !

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 
 
·     Orta ixtisas və ya ali təhsil;
·     Arxiv və kargüzarlıq sahəsində ən azı 1 il iş təcrübəsi;
·     Arxiv və kargüzarlığın aparılması işinə dair normativ aktlar üzrə biliklər;
·     Ünsiyyət qurmaq bacarığı (yazılı və şifahi);
·     Komandada işləmə bacarığı;
·     MS office (Word, Excel) vərdişləri.

İŞİN TƏSVİRİ:
 
·     Bankda arxiv işinin aparılmasını təşkil edir;
·     Arxivə daxil olan sənədlərin saxlanmasını və qorunmasını təşkil və təmin edir;
·     Arxivə verilən sənədlərin düzgün formalaşdırılması və rəsmiləşdirilməsini yoxlayır;
·     Arxiv otağında qovluqların yerləşdirilməsi, işlərin sistemləşdirilməsi, uçotu və şifrələnməsini həyata keçirir;
·     Sənədlərin rahat və tez tapılmasını təmin edir;
·     Sorğu üzrə sənədləri və ya surətlərini təqdim edir, sənəddə olan məlumatlar üzrə arayışlar hazırlayır;
·     Arxiv otağında saxlanan sənədlərin vəziyyətini diqqətdə saxlayır, sənədlərin korlanmasının qarşısını almaq üçün zəruri olan xüsusi şəraitin yaradılmasına nəzarət edir;
·     Saxlanma müddəti başa çatmış sənədlərin silinməsi və ləğv edilməsi üçün seçilməsi və bu barədə aktın hazırlanmasında iştirak edir;
·     Arxiv işində mütərəqqi texnologiyaların tətbiqinə dair təkliflər verir.
·     Poçt, elektron poçt, faks, telefonoqram, elektron portal vasitəsilə və kargüzarlıq xidmətinə bilavasitə daxil olan sənədləri qəbul edir, qeydə alır, aidiyyəti üzrə bölüşdürür və icraçılara çatdırır;
·     Sənədlərin surətini çıxarır, çoxaldır, skan (elektron surət) edir;
·     Göndərilən korrespondensiyanın kuryer xidməti ilə daşınmasını təşkil edir və ünvana çatdırılmasını nəzarətdə saxlayır;
·     Bankın fəaliyyəti ilə əlaqədar sənədlərin tərcümə etdirilməsi, notariat qaydasında təsdiq edilməsi və leqallaşdırılması üzrə işləri həyata keçirir;
·     Kargüzarlığın aparılması, o cümlədən sənədlərin hazırlanması, qeydiyyatı, hərəkəti, icrası, uçotu, qaydaya (nizama) salınmasını həyata keçirir;
·     Kargüzarlıq elektron formada aparıldıqda, əlavə olaraq elektron sənəd dövriyyəsinə dair normativ aktların tələblərinə riayət edir;
·     Sənədlərlə iş və sənəd dövriyyəsi prosesində mütərəqqi texnologiyaların tətbiqinə dair təkliflər verir;

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri. 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Arxiv işçisi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az