Cümə, 6 İyun, 2025

Bakı Slavyan Universiteti Rəqəmsallaşma və Keyfiyyətin Təminatı Mərkəzinin direktoru vəzifəsinə vakansiya elan edir


  • Dərc edildi: 16 Yanvar, 2025 - 11:54
Bakı Slavyan Universiteti Rəqəmsallaşma və Keyfiyyətin Təminatı Mərkəzinin direktoru vəzifəsinə vakansiya elan edir

Bakı Slavyan Universiteti Rəqəmsallaşma və Keyfiyyətin Təminatı Mərkəzinin direktoru vəzifəsinə vakansiya elan edir.

 

Namizədə olan tələblər:

 

 Ali təhsil (magistr və ya doktorantura dərəcəsi üstünlükdür).

 Beynəlxalq keyfiyyət standartları (ISO, ESG və s.), keyfiyyət təminatı, ali təhsil idarəçiliyi və ya beynəlxalq reytinq sistemləri ilə bağlı ən azı 2 illik təcrübə.

Təhsil sistemində rəqəmsallaşdırma və innovativ texnologiyaların tətbiqi üzrə biliklər.

 Analitik düşüncə, datalarnan işləmə bacarığı və problem həll etmə bacarığı.

 Güclü təşkilatçılıq və liderlik qabiliyyəti.

 Beynəlxalq təcrübəni öyrənmək, təhlil etmək və tətbiqinə nail olmaq bacarığı.

 Azərbaycan və ingilis dillərini mükəmməl səviyyədə bilmək.

 

 Vəzifə öhdəlikləri:

 

− Universitetin missiyasına və hədəflərinə uyğun olaraq təhsil, elm və idarəetmə fəaliyyətlərinin keyfiyyət standartlarına uyğunluğunun təmin edilməsi.

− Daxili keyfiyyət sisteminin tətbiqi.

− Universitetdə tədrisin, tədqiqatın və resursların idarəedilməsində keyfiyyətinin artırılması istiqamətində strategiyaların icrasına nəzərətin həyata keçirilməsi, proseslərin monitorinqi və qiymətləndirilməsini təşkil edərək təkmilləşdirici tədbirlərin icrası.

− Universitetin beynəlxalq reytinqlərdə (QS, THE, Webometrics və s.) mövqeyinin gücləndirilməsi üçün strategiyaların hazırlaması və icrası.

− Rəqəmsal idarəetmə və təhsil texnologiyalarının tətbiqinin təmin edilməsi.

− Xarici və daxili keyfiyyət təminatı proseslərinin tətbiqi.

− Tələbə və müəllim məmnuniyyətini ölçmək, həyata keçirilən layihələrin daha da təkmilləşdirilməsi üçün sorğuların təşkili və təhlili.

− Keyfiyyət təminatı və beynəlxalq reytinq sahələrində BSU-nun tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi.

 

İş şərtlərimiz:

 

- İş qrafiki: Tam iş günü (5gün)

- İş saatları: 09:00-18:00, 13:00-14:00 nahar fasiləsi

Son müraciət tarixi: 31.01.2025-ci il

 

 Qeyd: Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. CV-lər Azərbaycan dilində yazılmalı, e-poçtun mövzu hissəsində “RƏQƏMSALLAŞMA VƏ KEYFİYYƏTİN TƏMİNATI MƏRKƏZİNİN DİREKTORU” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 80
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 268
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 76
Elm və təhsil naziri...