“Bank Respublika” ASC Maliyyə Departamentində İFRS üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
- Bank və onun konsolidasiya olunan törəmə müəssisələrinin maliyyə hesabatlarını İFRS-ə uyğun olaraq və həmçinin bankdaxili qaydalara əsasən təhlil edir, İFRS əsasında hesabatların tərtibi məqsədi ilə onları yoxlayıb qəbul edir, İFRS-ə uyğun hesabatları hazırlayır;
- Bankda aparılan kənar audit zamanı auditorlarla iş prosesində sıx əməkdaşlıq edir, kənar auditorlarla bankın aidiyyatı struktur bölmələri arasında əlaqələndirmə işləri aparır, işlərin müqavilə üzrə nəzərdə tutulmuş tarixlərdə təhvilinə nəzarəti həyata keçirir, audit rəyinin və İFRS əsasında yekun maliyyə hesabatlarının hazırlanmasında yaranan bütün sualların aradan qaldırılmasında dəstək göstərir, müvafiq düzəliş faylları və qeydlərini (disclosures) hazılayır;
- İFRS-də aparılan hər hansı əlavə və dəyişiklikləri nəzərə alır, bununla bağlı aidiyyatı şəxsləri məlumatlandırır.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- ACCA sertifikatları (Financial Accounting, Financial Reporting, Financial Managment);
- İFRS əsasında hesabat hazılanması ilə bağlı iş təcrübəsi;
- Azərbaycan dili və İngilis dili əla, Rus dili yaxşı səviyyədə arzuolunandır;
- Excel proqramı üzrə əsas bacarıqlar (formulalar, məntiqlər, shortcuts və s.);
- SQL və “Data management”-ə aid sair bacarıqlar üstünlükdür;
- Analitik qabiliyyətlər;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 29 sentyabr 2023-cü il tarixinədək email-in mövzu hissəsində İFRS üzrə aparıcı/baş mütəxəssisqeyd edərək [email protected] elektron ünvanına göndərə bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur