Rossmann Azərbaycan komandamıza CRM üzrə mütəxəssis axtarırıq!
Əsas vəzifələr:
1. CRM kampaniyalarının idarə edilməsi
• Müxtəlif SMS kampaniyalarının planlaşdırılması və göndərilməsi (həm “bulk”, həm də “servis”).
• CRM sistemində müştəri bazasının analiz edilməsi (müştərilərin demoqrafik göstəriciləri, alış vərdişləri və s.).
• Kampaniya nəticələrinin izlənilməsi və effektivliyin artırılması üçün təhlillərin hazırlanması.
2. Müştəri məmnuniyyəti sorğuları
• Sorğuların mütəmadi təşkil edilməsi, nəticələrin təhlili və təkmilləşdirmə təkliflərinin hazırlanması.
3. CRM vasitəsilə xüsusi təkliflər
• Müştərilərə xüsusi təklif və endirimlərin hazırlanıb vaxtında çatdırılması.
4. Vebsaytın idarəsi
• Saytda lazımi dəyişikliklərin həyata keçirilməsi (məzmun yenilənməsi, yeni kampaniyaların əlavə olunması və s.).
• Bannerlərin mütəmadi yenilənməsi və vebsaytın istifadəçi dostu olması üçün təkliflər hazırlamaq.
5. Marketinq platformalarının idarəsi
• Wolt, Umico və digər uyğun platformalarda kampaniyaların idarə edilməsi.
• Öz kampaniyalarımızın həmin platformalarda düzgün şəkildə yerləşdirilməsini təmin etmək.
Namizədə tələblər:
• Marketinq və CRM sahəsində ən azı 1-2 illik təcrübə.
• Güclü analitik düşüncə və məlumatların təhlil edilməsi bacarığı.
• Komanda ilə effektiv işləmə və güclü təşkilatçılıq bacarıqları.
Biz nə təklif edirik?
• Peşəkar inkişaf və təlimlər.
• Gənc və dostyana iş mühiti.
• Cəlbedici əmək haqqı .
• Nahar və servis xidməti
CV-nizi göndərin:
Sən də Rossmann ailəsinə qoşul və marketinq sahəsində uğur qazan!
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur