Cümə axşamı, 7 Avqust, 2025

Azərbaycan Yelkən Federasiyası “Hakimliyə namizədlik ödənişiz kursu”na start verdi


  • Dərc edildi: 18 Yanvar, 2023 - 10:15
Azərbaycan Yelkən Federasiyası “Hakimliyə namizədlik ödənişiz kursu”na start verdi

Azərbaycan Yelkən Federasiyası “Hakimliyə namizədlik kursu”na start verdi

Azərbaycanda ilk dəfə keçiriləcək yelkən hakimliyi kursu 26-29 yanvar tarixləri arasında SFA ofisində baş tutacaq.

Kursu SFA adına Türkiyə Yelkən Federasiyasının milli hakimi Hüseyn Ergin Özdem tədris edəcək.

Kursu bitirdikdən sonra yazılı və şifahi testdən 70 baldan yüksək toplayan iştirakçılar “Yelkən Hakimliyinə Namizəd” ünvanı əldə edəcək.

Qeyd: Tədris ÖDƏNİŞSİZDİR!

Tələblər:

- Azərbaycan dilində danışmağı, anlamağı və yazmağı bilmək;

- Əsas yelkən biliklərinə sahib olmaq;

- Üzmə bilmək;

- İdman etmək üçün sağlamlıq probleminin olmaması.

İştirak etmək istəyənlər SFA Hakim kursu forumunu doldurub 25.01.2023-cü il tarixinə qədər SFA ofisinə elektron poçt ilə müraciət edə bilər.

Tələb olunan sənədlər:

- İştirakçı forumu;

- Şəxsiyyət vəsiqəsinin nüsxəsi;

- Məhkum olmadığına dair arayış;

- 1 ədəd elektron 3x4 foto;

- Dövlət xəstəxanasından alınmış sağlamlıq haqqında arayış.

Qeyd: Müraciət etmək üçün ilk öncə postda qeyd edilən telefon nömrəsi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərlər. Postun üzərində yerləşdirilən QR kodu oxudaraq mail ünvanına müraciət edənlərə forum göndəriləcək.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5939
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1156
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 422
“İnnovativ məktəb” l...