Restorator (Restoranlar şəbəkəsinin direktoru) vakansiyası
“EİGHT MARKETİNG AND MANAGEMENT COMPANY” MMC Ağ şəhərdə yerləşən mövcud restoranların inkişaf strategiyasının müəyyənləşdirilməsi və yeni açılacaq restoranların formalaşdırılması üçün komandamıza “Restorator” vəzifəsi üçün vakansiya elan edir.
Şirkət haqqında:
“EİGHT MARKETİN AND MANAGEMENT COMPANY” MMC restoranlar və digər biznes obyektlərini özündə birləşdirən şirkətdir.Hazırda tərkibində 3 restoran var.Gələcək perspektivdə yeni restoranların açılması da nəzərdə tutulur.Şirkət Ağ Şəhərdə yerləşir
Vəzifə öhdəlikləri
1.Restoranların satış siyasətinin formalaşdırılması
2.Restoran ərazisində müəyyən olunmuş fəaliyyət strategiyalarının və standartlarının yerinə yetirilməsinin təmin edilməsi
3.Marketing strategiyasının formalaşdırılması
4.Konseptə uyğun satış strategiyası hazırlanması,restoranlara tətbiq edilməsi,qonaqların restorana cəlb edilməsi
5.Menyuların hazırlanması,dəyişikliklər edilməsi
6.Qonaqlara keyfiyyətli xidmət göstərilməsi məqsədilə yemək və içki barədə işçiləri təlimatlandırmaq.
7.Bazara uyğun işin səmərəliliyinin təşkil edilməsinə nəzarət edilməsi
8.Qonaqların məmnuniyyətinin təmin edilməsi və yarana biləcək şikayətləri və narahatlıqlarının pozitiv şəkildə həll edilməsi və daima yeniliklər edərək rəhbərliyə təkliflərin verilməsi
9.Qiymətlərin, qida üzrə satış tendensiyalarının nəzərdən keçirilməsi
10. Restoranın həyata keçirdiyi əməliyyatların həm rəqabətə davamlı, həm də ən müasir tələblərə cavab verməsini təmin etmək üçün davamlı olaraq yerli, milli və beynəlxalq bazarların tendensiyalarını araşdırmaq və rəhbərliyə təkliflər irəli sürmək
11.Ərzaqların və hazırlanmış məhsulların saxlama müddətlərinin və şərtlərinin istehlak auditinin nəticələrinə cavab verdiyinə əmin olmaq və müvafiq dəyişikliklərin həyata keçirilməsini təmin etmək
12. Satış sayınının artırılması, müxtəlif hesabatların dəqiq və vaxtında hazırlanması, restoran fəaliyyətinin bütün sahələrinə nəzarət edilməsi və standartlara uyğunluğunun təmin edilməsi
Namizədə tələblər :
-Restoran standartlarını bilməli və tətbiq etməyi bacarmalı
-Restoran və ya otel sahəsində minimum 3 illik iş stajı
- Azərbaycan və Rus dillərini mükəmməl səviyyədə bilməli (İngilis dili arzuolunandır)
- Rəqabət təhlilinin aparılması
- Büdcə planlaşdırılması və təqibi
-Komandada işləmək bacarığı, yaxşı ünsiyyət qurmaq bacarığı
İş şərtləri:
Həftə içi 6 gün
İstirahət günü - bazar günləri
Əmək haqqı 3000-4000
İş yeri: AĞ ŞƏHƏR
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi [email protected] adresinə göndərməyiniz xahiş olunur
CV-nizi göndərdikdə (tema ) hissəsində müraciət etdiyiniz vakansiya nın adını “Restorator” qeyd etməyiniz xahiş olunur.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur