“SAY: İRSİMİZ” layihəsinə start verilir

“SAY: İRSİMİZ” layihəsinə start verilir

 

“İRƏLİ” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “SAY: Support of Azerbaijan Youth” hərəkatı adı altında – “SAY: İRSİMİZ” layihəsinə start verir.

 

SAY hərəkatının 9-cu fəaliyyəti çərçivəsində təşkil olunacaq layihə milli irsimizin təbliğinə həsr olunmuşdur. Azərbaycanın zəngin tarixinə, canlı mədəniyyətinə və görkəmli şəxsiyyətlərini yaxından tanımağa həvəsiniz varmı? Ədəbiyyatımıza, tarixi abidələrimizə, milli rəqslərimizə, filmlərimizə, mahnılarımıza, mətbəximizə dərindən baxmaq istəyirsiniz?

Əgər belədirsə, o zaman “SAY: İrsimiz” layihəsi sizin üçündür! 

* Təlimlər və seminarlar: Tariximiz, ədəbiyyatımız və mədəni irsimiz haqqında biliklər əldə edin.

* Görüşlər və Məlumat Sessiyaları: Mütəxəssislərlə qarşılıqlı əlaqə qurmaq və görkəmli şəxsiyyətlər və tarixi yerlər haqqında birbaşa məlumat əldə edin.

* Praktik sessiyalar və teatr tamaşaları: Praktiki sessiyalarda iştirak edin və canlı tamaşalardan həzz alın.

* Rəqs nümayişləri və müzakirə saatları: Milli rəqslərimizi yaşayın və mənalı müzakirələrə qatılın.

* İntellektual Oyunlar və Əyləncə Fəaliyyətləri: Biliklərinizi sınayın və mədəniyyətimizi qeyd edən oyunlarla əylənin.

✅ Bu layihə həm maarifləndirici, həm də əyləncəli olmaqla, gənclərin milli irsimizi öyrənməsi, xatırlaması və gələcək nəsillərə ötürməsi üçün platforma təmin etmək üçün nəzərdə tutulmuşdur.

İştirakçıların seçim meyarı:

 SAY hərəkatının heç bir layihəsinin iştirakçısı olmamalı (SAY: Könüllülük Akademiyas, SAY: Green, SAY: Multiculturalism, SAY: Volfest, SAY: Solidarity, SAY: Cümhuriyyət və SAY: Unity);

 Layihədə iştirak üçün yüksək motivasiyası olmalı;

 Layihə dövründə iştirak edəcək şəxslər layihənin davamlılığı üçün nəzərdə tutulan fəaliyyətlərdə aktiv iştirak etməli;

 Daimi xəstəliyi olmamalı;

 Yaş məhdudiyyəti : 17-29 yaş;

Qeyd: Layihə çərçivəsində iştirakçıların nəqliyyat, yaşayış və qida xərcləri qarşılanır.

 Düşərgənin keçirilmə tarixi: 15 -19 Avqust 2024

 Son müraciət tarixi: 28 İyul 2024

 Məkan: Qusar Olimpiya və İdman Kompleksi

 Qeydiyyat linki: https://linktr.ee/ireli.pu1

 Əlaqə üçün: [email protected]


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az