Çərşənbə, 3 Sentyabr, 2025

“İnteraktiv Simulyasiyalar Biologiyanın Tədrisində Müasir Yanaşma” layihəsinin bağlanış tədbiri keçirildi


  • Dərc edildi: 9 Mart, 2025 - 22:10
“İnteraktiv Simulyasiyalar Biologiyanın Tədrisində Müasir Yanaşma” layihəsinin bağlanış tədbiri keçirildi

“İnteraktiv Simulyasiyalar Biologiyanın Tədrisində Müasir Yanaşma” layihəsinin bağlanış tədbiri keçirildi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “İnteraktiv Simulyasiyalar Biologiyanın Tədrisində Müasir Yanaşma” layihəsi uğurla başa çatdı.

Bağlanış mərasimində Ucar rayon Təhsil Sektorunun nümayəndələri, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər. Layihə rəhbəri Rəna Allahverdiyeva layihə çərçivəsində görülən işlər, əldə olunan nəticələr və gələcək perspektivlər barədə geniş məlumat verdi.

İki ay müddətində həyata keçirilən layihə çərçivəsində 8-10-cu siniflərdən olan 40 şagird üçün 18 saatlıq dərs proqramı icra olundu. “Biologiya Akademiyası” adı altında təşkil edilən bu tədris prosesi Phet interaktiv simulyasiya platformaları vasitəsilə şagirdlərə daha əyani, praktik və maraqlı təhsil imkanları yaratdı. Biologiya fənninin interaktiv formada tədrisi şagirdlərin öyrənmə həvəsini artırdı və onları daha aktiv öyrənmə prosesinə cəlb etdi.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1061
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 237
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8039
Sumqayıt Dövlət Univ...