Bazar ertəsi, 1 Sentyabr, 2025

Yaponiyanı heç bu qədər yaxından tanımaq şansı olmamışdı!


  • Dərc edildi: 9 Dekabr, 2023 - 22:46
Yaponiyanı heç bu qədər yaxından tanımaq şansı olmamışdı!

Ilin ən möhtəşəm və böyük tədbirini qarşılayın! Yaponiyanı heç bu qədər yaxından tanımaq şansı olmamışdı!

  • Tədbir: Yaponiya Mədəniyyət və Budo Festivalı
  • Tarix: 17 dekabr
  • Saat: 12:00-17:30
  • Məkan: Bakı İdman Sarayı⁡

Hər birinizin sevimli tədbiri olan Budo (Yapon Döyüş Sənətləri) Festivalı və Yaponiya Mədəniyyət Festivalı bir arada yeni “Yaponiya Mədəniyyət və Budo Festival” adı altında Yaponiya Səfirliyinin təşkilatçılığı, JTI Azərbaycan, ISR AUTO, AQUAVITA və BOUQUET şirkətlərinin sponsorluğu, Bakı Budo Festivalı Təşkilat Komitəsi, Azərbaycan Cüdo Federasiyası və “Game Summit”-in təşkilati dəstəyi ilə baş tutacaqdır.⁡

Yapon mədəniyyət nümunələri, mədəniyyət stendləri, səhnə çıxışları və əsl samuray ruhlu yapon döyüş sənətlərini izləmək üçün bundan gözəl şans ola bilməz.

Tədbirə giriş sərbəstdir və ödənişsizdir! Öncədən qeydiyyata ehtiyac yoxdur. Lakin insan sayından asılı olaraq sıxlıq yaranmış olarsa içəri daxil olmada müəyyən məhdudiyyətlər və ya gecikmələr tətbiq oluna bilər.⁡

Tədbir günü bəzi stendlərdə xüsusi sessiyalar üçün kupon biletlər paylanılacaqdır.⁡

Bütün Yaponiyasevərləri bu böyük tədbirdə görməyi səbrsizliklə gözləyirik!

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 975
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 201
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7864
Sumqayıt Dövlət Univ...