Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeliyində olan Sumqayıt Tibb Mərkəzinin Maliyyə şöbəsinin müdir müavini vəzifəsi üzrə vakant yer elan edir.
Əməkhaqqı:
• “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
• Ali təhsil (maliyyə və iqtisadiyyat);
• Sahə üzrə minimum 3 il iş təcrübəsi;
• Kompüter bilikləri: Microsoft Office (yaxşı səviyyədə);
• Dil bilikləri: İngilis və rus dili üstünlükdür.
Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər:
• Məsuliyyətlilik;
• İntizamlılıq;
• Nəticəyönümlülük.
İşin təsviri:
• Maliyyə və əmək ehtiyatlarından qənaətlə istifadə edilməsinə nəzarət edilməsi;
• Müəssisənin maliyyə fəaliyyətinin təşkilində iştirak etmək;
• Mal və maddi dəyərlərin qəbulu və buraxılmasının müəyyən edilmiş qaydalarına riayət edilməsinə, əməkhaqqı fondunun düzgün xərclənməsinə, ştat, maliyyə və büdcə intizamına əməl edilməsinə nəzarət edilməsi;
• Tibb müəssisəsinin xərclər smetasına uyğun alışların “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanununa uyğun təşkil edilməsinə nəzarət edilməsi;
• Pul vəsaitlərinin vaxtlı-vaxtında daxil olmasına nəzarət edilməsi, kreditorların vaxtında ödənilməsini təmin edilməsi, kreditlərin cəlb edilməsi və vaxtında ödənilməsinin təmin olunmasına nəzarət edilməsi;
• Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edir;
• İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
• Tibb müəssisəsinin illik maliyyə hesabatlarının tərtibi edilməsinə nəzarət etmək;
• Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, muhasibat uçotu hesablarında onların hərəkətinin qeyd edilməsini təşkil etmək;
• Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil edir.
• Tibb müəssisəsinin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etmək;
• Tabeçiliyində olan işçilərin maliyyə şöbəsinin strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika qaydalarına riayət etmələrini təmin etmək;
• Müxtəlif dövlət orqanlarına təqdim edilən hesabatların hazırlanmasına və vaxtında təqdim edilməsinə nəzarət etmək.
Müraciət qaydası:
• Vakansiyaya son müraciət tarixi: 18.05.2023;
• CV-lər [email protected] ünvanına göndərilməlidir;
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Maliyyə şöbəsinin müdir müavini” yazaraq göndərmələri xahiş olunur.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur