reklam

“Könüllülər üçün PR baza təlimləri” layihəsinə start verilir!

“Könüllülər üçün PR baza təlimləri” layihəsinə start verilir!

Layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə baş tutacaq.

1 ay müddətində davam edəcək layihənin əsas məqsədi ictimaiyyətlə əlaqələr sahəsi üzrə təhsil alan, bu sahəyə marağı olan gəncləri maarifləndirmək, onlara sosial şəbəkələrdən peşəkar istifadə qaydalarını, bunun əhəmiyyətini, həyatımızdakı rolunu və ölkəmizdəki bir çox müəssisədə fəaliyyət göstərən ictimaiyyətlə əlaqələr sahəsinin rolunu aşılamaqdır.

Layihə müddətində iştirakçılar üçün 7 modul üzrə təlimlər və təcrübə proqramı təşkil olunacaq:

”Jurnalistika”

”Sosial Media Menecment və Rəqəmsal Marketinq”

”Qrafik dizayn”

”Fotoqrafiya”

”Videoqrafiya”

”Kompyuter təminatı və informasiya təhlükəsizliyi”

”Komandanın düzgün idarəedilməsi”

Qeyd edək ki, layihədə 17-22 yaş aralığında qeydiyyatdan keçmiş və müsahibə əsasında uğurlu hesab edilmiş “Dövlət və İctimai Münasibətlər” və “Jurnalistika” ixtisası üzrə təhsil alan, bu sahə üzrə potensialı olan 30 gənc iştirak hüququ qazanacaq.

Layihəyə müraciət üçün qeydiyyat linki:

https://bit.ly/3HJK9ld

Son müraciət tarixi: 03.02.2023


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az