“WinterCamp 2023” layihəsi çərçivəsində riyaziyyat, fizika və əlaqəli ixtisaslarada təhsil alan tələbələr üçün qış kampı təşkil ediləcək

8 – 12 fevral 2023-cü il tarixlərində “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi təşkilatçılığı ilə Quba rayonunda “WinterCamp 2023” layihəsi çərçivəsində riyaziyyat, fizika və əlaqəli ixtisaslarada təhsil alan tələbələr üçün qış kampı təşkil ediləcək. Quba rayonunda yerləşən UNEC-in Tədris, İdman və İstirahət Kompleksində baş tutacaq kampın qiymətləndirmə mərhələsinin ikinci turu 4 fevral 2023-cü il tarixində saat 11:00-da keçiriləcək.   

Əgər sən də qış tətil günlərində intellektual və yaradıcı potensialını inkişaf etdirmək, əylənərək öyrənmək, öz ideya və təkliflərini peşəkarlarla paylaşmaq, nəzərdə tutulan infosessiyalarda iştirak etmək, həmçinin asudə vaxtını daha faydalı keçirmək istəyirsənsə aşağıdakı ərizə formasını dolduraraq qiymətləndirmə mərhələsinə qoşul və düşərgədə iştirak şansını qaçırma. 

 Riyaziyyat, fizika və əlaqəli ixtisaslarada üzrə III və IV kursda təhsil alan bakalavrlar, eləcə də magistratura səviyyəsində təhsil alan tələbələr 4 fevral saat 11:00-da Azərbaycan Texniki Universitetində keçiriləcək qiymətləndirmə imtahanlarında iştirak edə bilərlər.

Qeydiyyat linki: https://forms.gle/W6ypLPJbnY6KdEfB7

 Əlaqə vasitəsi: 099 899 01 11

Ünvan: Azərbaycan Texniki Universiteti - H.Cavid prospekti 25, Baku, Azərbaycan AZ 1073


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az