Korporativ kreditlər üzrə mütəxəssis ("Gəncə" filialı) vakansiyası

 

Korporativ kreditlər üzrə mütəxəssis ("Gəncə" filialı)

 

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Gəncə şəhəri.

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

 

  • Ali təhsil;

 

  • Bank və ya bank olmayan kredit təşkilatında 2 il iş təcrübəsi;

 

  • Bank qanunvericiliyi bilikləri;

 

  • Azərbaycan dilində sərbəst danışıq bacarığı;

 

  • Analitik təhlil, ünsiyyət və komandada işləmək bacarığı;

 

  • MS Office proqramlarında (MS Excel, MS Word) işləmək bacarığı;

 

  • Məsuliyyətlilik və dəqiqlik.

 

İŞİN TƏSVİRİ:

 

  • Bankın kredit məhsullarının təşviqatını aparmaq, onlara dair müştərilərin tələb, təklif və arzularını öyrənərək təhlil etmək və filialın maksimal gəlir əldə etməsi üçün bu barədə müvafiq təkliflərlə çıxış etmək;

 

  • Bankın kredit məhsullarının satışını təşkil etmək, müştəri cəlbi ilə birbaşa məşğul olmaq və müştərilərlə müvafiq danışıqları aparmaq;

 

  • Korporativ və KOS (SME) kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə  çıxarılmasını təmin etmək;

 

  • Mütəmadi olaraq bank bazarını öyrənmək, yeni bank metod və texnologiyalarının tətbiq edilməsi üzrə təkliflər vermək;

 

  • Formalaşdırılmış kredit portfelinin idarə olunmasında və nəzarət olunmasında birbaşa iştirak etmək;

 

  • Bankdaxili prosedurlara  uyğun olaraq həm yeni kredit müraciətləri üzrə, həm də verilmiş kreditlər  üzrə kameral və səyyar monitorinqləri həyata keçirmək;

 

  • Bankdaxili prosedurlara uyğun olaraq problemli kreditlərin idarə olunmasını və ödənilməsini təşkil etmək;

 

  • Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.

 

 

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ kreditlər üzrə mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az