Valideynlər övladlarının gələcəyə ən yaxşı hazırlaşmasını istəyirlər. Yaxşı təhsil ən vacib amillərdən biridir. Ancaq bu gün keçmişdən fərqli işləyən proses var. Gələcəyin dünyasını texnologiya və rəqəmsal formalaşdırdığı üçün uşaqların gələcəkdə daha yaxşı uyğunlaşa bilmələri üçün bu bacarıqlarla əvvəlcədən təchiz olunması vacibdir. 3D çap texnologiyası isə uşaqların təhsilində çox kritik inkişaflar təmin edə bilər.
İxtiraçı
3D çap texnologiyası tələbələri yaradıcı olmağa təşviq edir. Başqasının istehsal etdiyi əşyaları almaq əvəzinə, öz ehtiyaclarına uyğun məhsul dizayn edib istehsal etmək imkanı verir.
İncəsənət
İncəsənət STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət, Riyaziyyatdan ibarət təhsil metodu) təhsilinin gəlişi ilə bir qədər geri qayıtsa da, 3D çap onu maksimum dərəcədə artırmağa kömək edəcək. 3D çap ilə tələbələr öz təxəyyüllərini vizuallaşdırmaq və yaratmaq üçün ən son texnologiyadan istifadə edən dizaynerlər və yaradıcılar olurlar.
Rəqəmsal Vətəndaşlıq
Təhsildə 3D çap texnologiyasından istifadə edilməsi, tələbələrinizin 3D çap etmək istəyən onlayn cəmiyyətin bir hissəsi olmağa imkan verir. Xüsusən də xaricdəki təhsildə tələbələrin dostlarının dizaynlarını bəyənib şərh etmək imkanı var. Onlayn fəaliyyətlərlə birlikdə, tələbələrin necə rəqəmsal vətəndaş ola biləcəyini təmin edir. Rəqəmsal vətəndaş kimliyi ilə tələbələr öz məsuliyyətlərini dərk edir və dəyər yaratmağa çalışırlar.
Komanda ruhu
Uşaqlar üçün 3D çap texnologiyası ilə onlar dostları arasında komanda şəklində birgə işləmək imkanı əldə edirlər. Bunun üçün hər bir komanda üzvü etmək istədikləri məktəb layihələrini müəyyən tapşırıqları bölərək işin sonunda məhsulları birləşdirir. Bu yolla komanda ruhu inkişaf edir və hər kəs məsuliyyət daşıyır. Komandalararası ünsiyyətlə səmimi dostluqlar qurmaq olar. Bundan əlavə, uşaqlar milli və beynəlxalq yarışlarda iştirak edə və müxtəlif mədəniyyətlərdən olan dostlarla tanış ola, yaxşı dostluqlar qura bilərlər.
Analitik düşüncə
3D çap texnologiyası elm adamlarının və mühəndislərin dünyanı dəyişdirmək üçün istifadə etdikləri texnologiyadır. Eyni texnologiya ilə siz uşaqlarınızı gündəlik həyatda qarşılaşdıqları bəzi çətinliklərlə tanış edə, onların həll yollarına yanaşmalarını müşahidə edə bilərsiniz. Uşaqlar real dünya problemini həll edərkən empatiya, komanda işi və problem həll etməyi öyrənəcəklər. Övladlarınızın ağlınıza belə gətirmədiyiniz yeni həll metodologiyalarına təəccüblənməyin.
Bu kurslarından biri də STEP IT Academy - dir. Veb sayt dizaynı, kodlaşdırma, qrafik dizayner və digər ixtisaslar üzrə STEP IT Academy-də keçirilən proqramlardan faydalana bilərsiniz.
OXŞAR MƏQALƏLƏR:
Uşağınızın proqramlar hazılamasını istəyirsinizmi?
Qrafik Dizaynerlər Niyə 3D dizayn öyrənməlidirlər
Yeni sərbəst qrafika dizaynerləri üçün 40 məsləhət
HTML5 Sistemini Necə İstifadə Etməli?
Qrafik dizayn növləri Şrift seçərkən nələrə diqqət etməli?
Mobil Tətbiqləriniz üçün UX Dizayn Məsləhətləri
Photoshop nədir? Photoshop-dan necə istifadə etməli?
3DS Max nədir və nə üçün istifadə olunur?
Autodesk Maya nə üçün istifadə olunur?
İnteryer dizaynerlər tərəfindən ən çox istifadə edilən dizayn proqramları 2D Animasiya və 3D Animasiya necə inkişaf etdi?
3D Modelləşdirmə harada istifadə olunur?
3D Modelləşdirmə zamanı hansı proqramlardan istifadə edilir
İnteryer dizaynını karyera kimi seçməzdən əvvəl bilməli olduğunuz 5 şey
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur