“Woman Bazaar - Dayanıqlı İnkişaf Festivalı”-nın Festival Günləri baş tutacaq

PAŞA Holding-in dəstəyi ilə həyata keçirilən  “Woman Bazaar - Dayanıqlı İnkişaf Festivalı”-nın Festival Günləri baş tutacaq.


 

PAŞA Holding-in dəstəyi ilə 3 ayı əhatə edəcək olan multidisiplinar festivalın əsas məqsədi həssas qrupu - valideyn(lər)ini itirmiş, əlilliyi olan, məcburi köçkün, məişət zorakılığından əziyyət çəkmiş və s. təmsil edən qadınların dayanıqlı təşəbbüslərini və sahibkarlıq fəaliyyətini dəstəkləmək, onların sosiuma reinteqrasiyasını sürətləndirmək, həmçinin, mövcud fəaliyyətlərin davamlılığının təmin olunması üçün bilik və bacarıqlarının artırılması ilə yanaşı dəstək mexanizmlərinin genişləndirilməsinə təkan verməkdir.


 

İlk mərhələdə peşəkar təlimçilər tərəfindən sahibkarlığın hüquqi aspektləri, satış texnologiyalarından istifadə, dayanıqlı maliyyə menecmenti, biznes planın hazırlanması, biznes etikası, brendinq kimi mövzularda sessiyalar keçirilmişdir. Sentyabr ayı ərzində fəaliyyətlərinə dəstək məqsədilə sahibkarlar mentorla təmin edilmiş və online mentorluq görüşləri baş tutmuşdur. 


 

3 aylıq (avqust-oktyabr) inkişaf yolunu əhatə edən multidisiplinar layihədə 14-40  yaş  arası  80  qadın  sahibkar 2 mərhələni:  “Təlim”, “Online mentorluq” başa vurmuş və layihənin 3-cü mərhələsi “Festival günləri” çərçivəsində baş tutacaq satış sərgisində alıcıların qarşısına  nəzərəçarpan inkişafla və professional brend olaraq çıxmağa tam hazırdırlar. 


 

Qeyd edək ki, sərgidə "Qadınlar qadınlar üçün" və "Qadınlar biznesdə" mövzuları ilə çıxışlar, musiqi qruplarının ifası, tərəfdaşlarımızdan endirim və hədiyyələr, əyləncəli fəaliyyətlər nəzərdə tutulur. Həmçinin, festivalın 11 Oktyabr- Beynəlxalq Qız Uşaqları Günü ilə eyni həftəyə təsadüf etməsi ilə bağlı festival zamanı "Stereotipləri qıran qızlarımız" guşəsi də təşkil olunacaqdır.


 

Satış sərgisi haqqında ətraflı məlumat:

Tarix: 14-15 Oktyabr, 2023

Saat: 14:00-19:00

Məkan: Passage 1901


 

“Woman Bazaar 3” festivalı haqqında əlavə məlumatlar üçün sosial mediada bizi izləyin.

Instagram: https://bit.ly/48x4Dt2 

Facebook:  https://bit.ly/3EVZnRS

Twitter: https://bit.ly/3PRXAno


 

Qadın sahibkarlığının inkişafına dəstək olmaq istəyən hər kəs bu sərgiyə dəvətlidir.


 

İŞTİRAK ÖDƏNİŞSİZDİR!


 



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az