Bazar ertəsi, 25 Avqust, 2025

Bakı və Naxçıvan filialları üçün Kredit üzrə arxa ofis mütəxəssisi vəzifəsi üzrə vakansiyalar


  • Dərc edildi: 5 Oktyabr, 2023 - 17:33
Bakı və Naxçıvan filialları üçün Kredit üzrə arxa ofis mütəxəssisi vəzifəsi üzrə vakansiyalar

“Bank Respublika” ASC Bakı və Naxçıvan filialları üçün Kredit üzrə arxa ofis mütəxəssisi vəzifəsi üzrə vakansiyalar elan edir.

 

Ümumi vəzifə öhdəlikləri:

  • Bank proqramında CIF (Customer Information File) hesab açmaq;
  • Kredit, zəmanət, akkreditiv və kredit ödənişləri üzrə məlumatları düzgün şəkildə bank proqramına daxil etmək;
  • Qanunvericilik, bankdaxili qaydalar və kredit komitəsinin qərarlarına uyğun olaraq müqavilə, müqaviləyə əlavə və digər zəruri sənədləri tərtib edərək krediti rəsmiləşdirmək; 
  • Kredit qovluğu və onun elektron fotosurətini yaratmaq;
  • Bankdaxili sənədləri Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələbləri və daxili qaydalara uyğun olaraq tərtib etmək və rəsmiləşdirmək.

 

Namizədə qarşı tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • Azərbaycan dili əla (yazılı və şifahi);
  • Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində müvafiq olaraq aşağıdakıları qeyd etməklə 18 oktyabr 2023-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilər:

 

  • Kredit üzrə arxa ofis mütəxəssisi (Bakı) 
  • Kredit üzrə arxa ofis mütəxəssisi (Naxçıvan) 

 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 542
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 101
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7400
Sumqayıt Dövlət Univ...