
Vakansiya: Backend Developer
Biz kimi axtarırıq?
Əgər sən:
· Maliyyə texnologiyaları sahəsində çalışmaq və peşəkar komandamızla birlikdə inkişaf etmək istəyirsənsə,
· Mürəkkəb məsələləri sadə və anlaşılan edə bilirsənsə,
· Bazardan bir addım öndə olan layihələrdə iştirak etmək arzusundasansa,
Deməli, sən bizim axtardığımız namizədsən!
Səndən gözləntilərimiz:
· Arxa plan sisteminin təhlükəsizliyini təmin etmək, zəruri şifrələmə və məlumat qoruma tədbirlərini tətbiq etmək.
· Sistemlər arasında inteqrasiya işlərini təşkil etmək və mümkün olan ən yaxşı şəkildə məlumat mübadiləsini təmin etmək.
· Tələblərə uyğun olaraq yeni proqramlar yaratmaq;
· Şöbə rəhbəri tərəfindən verilən tapşırıqları icra edir.
· Mövcud backend infrastrukturlarını analiz etmək və təkmilləşdirmək.
· Kodun keyfiyyətinə nəzarət etmək, kod təhlilində iştirak etmək və düzgün inkişaf praktikalarını təşviq etmək. bazalara yazılması və oxunması, tətbiqin iş quruluşu yer alır.
· Verilənlərin saxlanılması və alınması ilə məşğul olur və tətbiqin iş məntiqini idarə edir. .
· Mövcud proqramların dəstəklənməsi və yaranan problemlərin həllinə kömək etmək
· Müştəri tələblərini başa düşmək və müştərilərin proqram tələblərini anlamaq;
· Proqramların təhlükəsizliyini təmin etmək üçün tədbirlər görmək.
· Proqram təminatının performansını artırmaq üçün arxa planın optimizasiyasını həyata keçirmək.
· Şöbədəki digər əməkdaşlarla effektiv bir şəkildə əlaqə qurmaq və əməkdaşlıq etmək.
· Texnoloji tendensiyaları izləmək və yeni inkişaf etməkdə olan alət və platformaları tətbiq etmək.
· Backend sahəsində mövcud yeni alətləri və metodologiyaları qiymətləndirmək və tətbiq etmək.
Tələblər:
· Ali təhsil (Texnologiya sahələrində)
· Müvafiq iş üzrə 2 ildən az olmayaraq iş stajı
· Şirkətin strategiyasına sadiq qalaraq, öz məhsul olan proqram təminatının genişdirilib inkişaf etdirilməsi üçün Oracle DB, Network, Linux OS, Java, C, Javascript, CSS, HTML, PLSQL kimi proqramlaşdırma dili və texnologiyalarının yüksək səviyyədə bilinməsi və istifadə edilməsi;
· API inteqrasiyası – API strukturunun quruluşu, şirkətin prinsip və təhlükəsizliyinə uyğunlaşdırılması;
· Bank təhlükəsizliyi qayda və qanunlarının düzgün şəkildə bilinməsi və mənimsənilməsi
Biz nə təklif edirik?
· Rəqabətədavamlı əməkhaqqı.
· Peşəkar mühit: Mərkəzdə yerləşən, müasir tələblərə cavab verən rahat ofis, həftədə 5 iş günü (09:00-18:00).
· Rəsmi işə qəbul: Azərbaycan qanunvericiliyinə uyğun əmək müqaviləsi.
· Peşəkar və karyera inkişafı üçün imkanlar.
· Daima dəstək olan və kömək etməyə hazır peşəkar komanda.
· Bazarın inkişafına yönəlmiş innovativ layihələr üzərində işləmək imkanı!
Əgər biz sənin haqqında danışırıqsa – bizə yaz! CV-ni [email protected] e-mail ünvanına göndər.
YIĞIM Payment System-ə qoşul və fintexin gələcəyini bizimlə birlikdə qur!
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur