Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən ADA Universitetində tələbələr üçün “Tələbə İnkişaf Platforması (TİP)” çərçivəsində növbəti “TİPx 4: Fürsətdən inkişafa” konfransı keçiriləcək.
Yeni tədris ilinin başlanması ilə əlaqədar keçiriləcək konfransda Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Milli Məclisin deputatı Nigar Arpadarai, ADA Universitetinin Təşkilat və insan resursları departamentinin rəhbəri Gülnur İsparova, İşçi qüvvəsi üzrə baş menecer Tural Hümbətov tələbələr üçün yaradılan məşğulluq imkanları, xaricdə təhsil fürsətlərinin dəyərləndirilməsi, sosial-ictimai aktiv fəaliyyətin önəmi kimi mövzularda çıxış edərək tələbəlik dövrünü məhsuldar keçirməyin yolları barədə öz bilik və təcrübələrini bölüşəcəklər.
“TİPx 4: Fürsətdən inkişafa” konfransının keçirilməsində məqsəd xüsusilə 1-ci kurs tələbələrini təhsil fürsətləri barədə məlumatlandırmaq, onlara özünü inkişaf və karyera planlaması istiqamətində dəstək olmaqdır.
Qeyd edək ki, layihə çərçivəsində digər təhsil müəssisələrində keçirilən konfranslarda 500-ə yaxın tələbə əmək bazarının tələbləri, biznes sahəsində lazım olan bacarıqlar, həyatı balanslı keçirmək, özünü inkişaf istiqamətində məlumatlandırılıb.
Konfrans 28 sentyabr tarixində baş tutacaq. Tədbirə müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri qatıla bilər. İştirak üçün onlayn qeydiyyat formasını doldurmaq tələb olunur. Seçilmiş iştirakçıların elektron poçt ünvanlarına dəvət məktubu göndəriləcək.
Qeydiyyat linki: shorturl.at/aGKX0
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur