Kvest nədir? Tələbələrin gedə biləcəyi 5 fərqli kvest.

Kvest oyunu nədir

Kvest nədir? Kvest oyunu - aktiv istirahət formalarının ən maraqlı və həyəcanlı növlərindəndir. Kvest əyləncəli komanda oyunudur. Oyunlar xüsusi hazırlanmış sirlər və tapmacalar dolu qizli otaglarda keçirilir. İştirakçılardan məntiq, çeviklik və koordinasiya, həmçinin mütləq olaraq komanda ilə işləmək bacarığı tələb olunur.

Kvest oyununun yaradıcıları macəra janrlı kompüter oyunlarından ilham almışlar. 21-ci əsrdə kompüter oyunu həvəskarları oyunları virtualdan reallığa çıxarmaq istəyirdilər. “Canlı” kvestlər Yaponiya, ABŞ və digər Avropa ölkələrində yayılmağa başladı. Kvest oyununda əsas məqsəd araşdırmaqdır. Kvest zamanı tapşırıq və tapmacalar sizə hədəfi tapmağa kömək edəcək.

Tripsome.com sizə 5 fərqli kvest oyununu təqdim edir. Aşağıda kvest oyunlarının adı və ssenarisi verilmişdir.  Bu kvest oyunlarını oynayarkən özünüzü əsl macəranın içərisində hiss edəcəksiniz.

 

5. "Qaladan Qaçış" kvest oyunu

Qədim şəhər Bakının dar küçələrində öz yolunuzu taparaq ecazkar dalanların gözəlliyinə valeh olun və adrenalin dolu kvestimizdən həzz alın. Xəritə və xüsusi ipucularının köməyilə müəyyən bir ərazidə yerləşən xəzinənin və ya çıxış yolunun tapılması ilə nəticələnən açıq hava oyunudur. Bu interaktiv oyunda siz İçərişəhərin gizli yerlərində buraxılmış ipucuları tapmaqla və əllərindəki “çıxış xəritəsindən” istifadə etməklə öz yollarını tapacaqlar. (Bilet və ətraflı məlumat üçün linkə klik edin).


 

4. Delfin Otel Kvest Oyunu

Nyu-Yorkda yerləşən "Delfin" mehmanxanası artıq 95 ildir ki, fəaliyyət göstərir. Bu dövr ərzində hotel nömrələrindən biri  şəhər əfsanəsinə çevrilmişdi. Bir çox jurnalistlər, yazıçılar, ekstremistlər bu dəhşətli yerdə baş verən qorxulu hadisələrin sirrini anlamağa çalışsalar da, onların bütün  cəhdləri uğursuz oldu. Yalnız bir şey dəqiq məlumdur: açılışdan bəri 1408 nömrəli otaqda 56 nəfər vəfat edib. Onların bəziləri təbii səbəblərdən, bəziləri isə sui-qəst nəticəsində dünyasını dəyişib. Bəs buna səbəb nə olub? Bu məsələnin həllini tapmaq məhz sizin öhdənizə düşür.  (Bilet və ətraflı məlumat üçün linkə klik edin).


 

3. Taxtların Oyunu Kvest Oyunu

Qırmızı Qala Yeddi Krallıqın qəlbidir. Onun otaqları qorxunc əfsanə və qanlı pıçıltılarla örtülüb. Sonsuz gücü əldə etmək üçün qalanın qorxunc olmağı insanlar üçün o qədər də önəmli deyildi : intiriqa, xəyanətlər, zəhərlənmə və dəhşətli cinayətlər. Bəzi fraksiyaların aramsız döyüşlərinin nəticəsi olaraq krallığın qanuni varisləri Dəli Qəsbkarın göstərişi ilə Dəmir taxtdan 7 ağır qıfılla uzaq düşdülər. Yalnız möhtəşəm tapmacaları həll edib, zəkalarını istifadə edən varislər, varolan güclərini yenidən qazana bilər və taxtda oturmağa layiq olduğunu sübut edə bilərlər. (Bilet və ətraflı məlumat üçün linkə klik edin).


 

2. Vahiməli Sirk Kvest Oyunu

Çoxunuz gənc yaşınızdan dəhşət kralı Stiven Kinqin qana susamış təxəyyülün nəticəsini xatırlayırsız: "O" əsərindən həmin qorxunc kloun. Bəlkə bu heç də uydurulmuş personaj deyil? Bəlkə, qalın qrimin altında olan bu yöndəmsiz üzlərin qarşısında duran qorxu tam bəraətlidir? 1897-ci ildə Braşov şəhərinə axmaq şöhrəti özündən irəlidə gedən sirk gəldi. Onun çadırı qurulan hər bir yerdə qəribə halda insanlar yox olub, eybəcər hala salınmış başsız meyitlər aşkar olunurdu. Şəhərciyin sakinləri günahsız qurban olmaq istəmədikləri üçün, sirki tamamilə külə döndərib yandırmağa qərara gəldilər. Lakin bu hadisədən 5 il sonra sirkin məhv edilməsinin bütün iştirakçıları qətlə yetirilmiş vəziyyətdə tapılmışdırlar. Bütün meyitlərin oxşar cəhəti var idi - onlar bir qatilin tərəfindən öldürülmüşdür: Cinayət yerində görünmüş kloun… Cinayətin əsl sirrini açmaq sizin öhdəliyinizdədir. (Bilet və ətraflı məlumat üçün linkə klik edin).

 

1. Krugerin Evi Kvest Oyunu

“Biz altı nəfər idik: valideynlərim, mən və üç bacım. Biz xoşbəxt yaşayırdıq, və heç nə bəlanın gələcəyini bildirmirdi, o ama qədər ki, dəhşətli bir faciə baş verdi. Əvvəllər heç vaxt belə ümidsiz addım atmağı qərar verməyən atam, özünü asıb intihar etdi. Heç kəs bunun necə başa verdiyini anlamadı, lakin o vaxtdan hər şey pisə doğru getməyə başladı. Anamı xəstəxanaya qoydular, bacılarım dəli olurdular. Yenə və yenə təkrarlanan eyni bir yuxu bizi narahat edirdi.. dönə-dönə bizi öldürməyə cəhd edən üzü yandırılmış şlyapada insan. Beləliklə mən bütün bacılarımı itirdim. Mənim adım Samanta Fulksdur və mən axırıncıyam. Mənim ailəmə “Elm” küçəsindən İblisin lənəti düşdü.” Sizin üzərinizə düşən məsuliyyət isə Samantaya kömək etməkdir. Bu macərada onu tək qoymayın. (Bilet və ətraflı məlumat üçün linkə klik edin).


Tripsome - 100+ əyləncəyə bilet bir platformada. (Bilet və ətraflı məlumat üçün linkə klik edin).


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az