Loqistika üzrə mütəxəssis vakansiyası

"VİB"MMC Loqistika üzrə mütəxəssis vəzifəsi üzrə əməkdaş axtarışındadır.
 


İşin təsviri


 Əsas vəzifə və öhdəliklər:


·      Sifariş olunan yüklərin vaxtında və düzgün çatdırılmasına nəzarət etmək, gündəlik marşrutlara nəzarət və vaxtında çatdırılmasını təmin etmək üçün marşrut planlarını təkmilləşdirilməsi;
·      Alternativ və daha optimal daşıma yollarını araşdıraraq;
·      Daşınma prosesində tələb olunan gömrük və digər tələb olunan sənədləri hazırlamaq;
·      Xarici və daxili əlaqələrin yaradılması, çatdırılma tarixlərinin müəyyən edilməsi işləri;
·      Daxil olan və göndərilən yüklərin, sənədlərin qəbulu, daşınması, yerləşdirilməsi, saxlanılması, təyin olunmuş yerlərə yola salınması və vaxtında çatdırılmasına nəzarət;
·      İdxal-ixrac, tranzit və daxili daşınmalar üzrə yüklər üçün tarifləri hesablamaq;
·      Daşınma xərci, sığorta və gömrük rüsumları barədə məlumatların müəyyən olunması və ödənişlərin vaxtında icrasına nəzarət;
·      Qəbul-təhvil sənədlərinin düzgün rəsmiləşdirilməsinə, qəbul olunan malların razılaşmaya uyğun olmasına nəzarət;
·      İdxal-ixrac, tranzit və daxili daşınma ilə əlaqədar olan hesabatları hazırlamaq və prosesə nəzarət etmək;
·      Loqistik problemləri aşkarlanması və təkmilləşdirmələr üçün planlar hazırlayıb tətbiq edilməsi;


Namizədə qarşı tələblər:


·      Ali təhsil;
·      Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
·      Rus və İngilis dillərini əla səviyyədə bilmək(yazı və nitq);
·      Müvafiq qanunvericilik aktları və normalarını bilmək;
·      Microsoft Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
 

 İş şəraiti:


Həftənin 5 günü 10:00-19:00
Əmək haqqı razılaşma yolu ilə

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzü hissəsində Loqistika üzrə mütəxəssis yazmaqla [email protected] mail ünvanına göndərə bilərlər.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az