Çərşənbə axşamı, 1 İyul, 2025

"VELO Gələcək” layihəsinin Hacıqabul rayonu, Rəncbər kənd tam orta məktəbdə Açılış tədbiri keçirilib


  • Dərc edildi: 6 Noyabr, 2023 - 16:36
"VELO Gələcək” layihəsinin Hacıqabul rayonu, Rəncbər kənd tam orta məktəbdə Açılış tədbiri keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII Qrant müsabiqəsi çərçivəsində qrant qazanmış “VELO Gələcək” layihəsinin Hacıqabul rayonu, Rəncbər kənd tam orta məktəbdə Açılış tədbiri keçirilib.

 Tədbirdə layihə komandası, valideynlər və digər qonaqlar iştirak edib. Açılış tədbirini Ümumtəhsil kateqoriyası üzrə layihəni təqdim etmiş Hacıqabul rayonu, Rəncbər kənd tam orta məktəbinin direktoru Ceyhun Cəfərov öz çıxışı ilə başlayıb. O, layihənin məqsədi və icrası zamanı qarşıya qoyulmuş vəzifələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib və bildirib ki, layihə çərçivəsində şagirdlər velosipedlə təmin ediləcək, onlara müxtəlif öyrədici və maarifləndirici təlimlər keçiriləcək, şagirdlər üçün “velo dayanacaq”lar və Velo yürüşlər təşkil ediləcək. Daha sonra qonaqlar da çıxış edərək layihə ilə bağlı fikirlərini bildiriblər. Qeyd edək ki, VELO Gələcək layihəsinin əsas məqsədi 60 nəfər şagirdin velosipedə əlçatanlığının təmin edilməsi ilə onların məktəbə gəliş-gedişini asanlaşdırmaq, dərsə davamiyyətinin artırılmasını təmin etmək, eləcə də onların fiziki aktivliyinin artırılması məqsədilə məktəb-şagird-valideyn əməkdaşlığı və öhdəliyi çərçivəsində gələcək davamlılığı təmin etməkdən ibarətdir.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 72
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 39
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 218
Məktəbəhazırlıq qrup...