Çərşənbə axşamı, 26 Avqust, 2025

Gənclər və İdman Nazirliyi məktəblilər arasında esse müsabiqəsi elan edir


  • Dərc edildi: 14 Fevral, 2024 - 19:24
Gənclər və İdman Nazirliyi məktəblilər arasında esse müsabiqəsi elan edir

ELAN

Gənclər və İdman Nazirliyi məktəblilər arasında esse müsabiqəsi elan edir!

Əziz izləyicilər, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Gənclər və İdman Nazirliyi “İdman və ekologiya” mövzusunda esse müsabiqəsi elan edir. Müsabiqədə 5, 6, 7 və 8-ci sinif şagirdləri iştirak edə bilərlər.

Müsabiqənin şərtləri aşağıdakı kimidir:

* Esselər Azərbaycan dilində "Word” və ya PDF fayl formatında olmalıdır;

* ⁠Şrift - “Times New Roman”, şrift ölçüsü 14 mm olmalıdır;

* Yazının ümumi həcmi 300 sözdən artıq olmamalıdır;

* Esse müəllifinin məlumatları faylın sonunda ardıcılıqla qeyd olunmalıdır (Ad, soyad, ata adı, təvəllüd, təhsil müəssisəsi, sinfi, əlaqə nömrəsi, e-mail ünvanı).

Esselər “İdman və ekologiya” başlığı altında [email protected] e-mail ünvanına göndərilməlidir.

Müsabiqənin qalibləri Heydər Əliyev adına İdman-Konsert Kompleksinin buz meydançasından 240 AZN (12 dəfəlik), 2-ci yerin sahibləri 200 AZN (10 dəfəlik), 3-cü yeri tutanlar isə 160 AZN dəyərində (8 dəfəlik) istifadə hüququ qazanacaqlar.

İlk müraciət tarixi: 15.02.2024

Son müraciət tarixi: 05.03.2024

Ətraflı məlumat üçün 187 qısa nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 572
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 106
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7434
Sumqayıt Dövlət Univ...