reklam

Fandreyzinq və kommunikasiya şöbəsinin marketinq və PR üzrə mütəxəssisi vakansiyası

Vəzifə öhdəlikləri:

 

 

1. Fondun PR, kommunikasiya və marketinq planları, kampaniyalarının hazırlanması, eyni zamanda həyata keçirilməsində iştirak etmək, onların effektivliyini qiymətləndirmək, görülən işlərin monitorinqini aparmaq;

 

2. Müvafiq hədəf auditoriyalarını və onların gözləntilərini müəyyən etmək üçün araşdırmaları və təhlili təşkil etmək;

 

3. Müvafiq marketinq və promo məhsulların hazırlanmasında iştirak etmək;

 

4. Müxtəlif kanallar vasitəsi ilə yayımlanan kommunikasiya materiallarının (o cümlədən banner, video, poster, infoqrafika və s.) “Korporativ üslub, loqotip və fondun atributlarından istifadəyə dair təlimat”a (brendbuk) uyğun olaraq yaradılmasını və paylaşılmasını təşkil etmək;

 

5. Podratçılar və tərəfdaşlar üçün PR və marketinq üzrə sifarişlər (briflər) və təlimatların hazırlanmasında iştirak etmək, onlara riayət olunmasına nəzarət etmək;

 

6. Kütləvi informasiya vasitələri, jurnalistlər, inflyuenserlər və aidiyyəti qurumlarla münasibətləri təşkil etmək;

 

7. Kommunikasiya üçün nəzərdə tutulmuş nitqlərin, məqalələrin, press-relizlərin, təşviqat-informasiya xarakterli materialların, təqdimatların və digər sənədlərin hazırlanmasında iştirak etmək;

 

8. Media nümayəndələrinin müraciət və sorğularının müvafiq prosedurlara uyğun olaraq cavablandırılmasını, mətbuat konfranslarının keçirilməsini və müsahibələri təşkil etmək;

 

9. Fond haqqında çıxan xəbərlər və məlumatların monitorinqini, qiymətləndirilməsini təmin etmək və müvafiq hesabatları hazırlamaq;

 

10. Rəsmi veb-sayt, sosial media platformaları və e-poçt marketinq kampaniyaları da daxil olmaqla fondun rəqəmsal marketinq strategiyasının hazırlanmasında və onun həyata keçirilməsində iştirak etmək;

 

11. Sosial mediada trendlərini izləmək, aktual mövzuları müəyyənləşdirmək və bununla bağlı müvafiq kommunikasiyanın həyata keçirilməsində iştirak etmək;

 

12. Rəqəmsal platformalar vasitəsilə kommunikasiyanı optimallaşdırmaq üçün veb-sayt, sosial media və digər kanallar üzrə təhlili təşkil etmək, əldə olunan nəticələri müvafiq qaydada tətbiq etmək.

 

Təhsil:

 

 

  • Marketinq, kommunikasiya, jurnalistika, sosiologiya, psixologiya və ya digər müvafiq sahə üzrə ali təhsil (magistr dərəcəsi arzuolunandır);

 

  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi.

 

 

Bacarıqlar:

 

 

1. Azərbaycan dilində mükəmməl yazı və ünsiyyət bacarığı olmalı (rus və ingilis dili biliyi arzuolunandır);

 

 

2. Aşağıdakı proqramlarda yüksək səviyyədə işləmək bacarığı olmalı:

 

  • Microsoft Outlook, Word, Excel (Power Point, Trello arzuolunandır);
  • Facebook Ads Manager, Google Ads, Google Analytics (MailChimp arzuolunandır).

 

3. Rəqəmsal marketinq sahəsində biliklərə malik olmalı;

 

4. Daxili və xarici maraqlı tərəflərlə (steykholderlər) əlaqələrin qurulması, ünsiyyət və kommunikasiya bacarığı olmalı;

 

5. Nəticəyönümlü və punktual olmalı;

 

6. Təşəbbüskar və məsuliyyətli olmalı;

 

7. Stressə davamlı, dürüst və analitik düşünmə qabiliyyəti, bir çox prioritetləri idarə edərək son tarixləri qarşılamaq bacarığı olmalı;

 

8. Komanda şəklində işləmə və effektiv ünsiyyət bacarığına sahib olmalı;

 

9. Təşkilatçılıq xüsusiyyətləri olmalı;

 

10. Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmək bacarığına sahib olmalı.

 

 

İş şəraiti:

 

 

İş saatları - 09:00-dan – 18:00-dək.

Şənbə, bazar istirahət günləridir.

 

 

Əmək haqqı:

 

 

Müsahibə zamanı əlavə məlumat veriləcək.

 

 

Müraciət üçün təlimat:

 

 

CV-lər qeyd olunan e-mail ünvanına 31 may 2023-cü il tarixinədək qəbul olunur – [email protected]


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az