Çərşənbə axşamı, 3 İyun, 2025

Qrafika üzrə dizayner vakansiyası


  • Dərc edildi: 23 May, 2023 - 14:56
Qrafika üzrə dizayner vakansiyası

Vəzifə: Qrafika üzrə dizayner 

Təsnifatı: Anons şöbəsinin müdirinə hesabat verir. Vizual materiallar hazırlamaq üçün kompüter proqramlarından istifadə edən yaradıcı peşəkardır. 

Vəzifə öhdəlikləri 

 Şirkətin təqdim etdiyi məlumatın vizual olaraq cəlbedici təqdim edilməsini təmin edir; 

 Məzmunun dizaynı və platformada yerləşdirilməsi; 

 Surətin və illüstrativ materialın ölçüsünü, həmçinin şrift üslubunu müəyyən etmək; 

 Razılaşdırılmış brifinq əsasında materialın təxmini layihələrini hazırlanmaq; 

 Son planları nəzərdən keçirmək və lazım olduqda təkmilləşdirmələr təklif etmək; 

 Dizayn və proqram təminatı tendensiyalarından xəbərdar olmaq; 

 Dizayn yaratmaq üçün rəqəmsal illüstrasiyadan, foto redaktə proqramından və tərtibat proqramından istifadə etmək; 

 Sifarişlər əsasında proqramları (başlıq, arakəsmə, titr altı və s.) hazırlamaq; 

 Bayram və xüsusi günlərdə tələb olunan mövzularda sifarişləri icra etmək. 

Tələblər: 

 Rəqəmsal və motion dizayn sahələrində biliklər; 

 Adobe After Effects, Adobe Premiere, Photoshop proqramlarında işləmə bacarığı; 

Hər hansı 3D proqramı biliyi üstünlükdür (3Ds MAX, Cinema 4D, Blender). 

Bilik və bacarıqlar: 

 Unikal, maraqlı və cəlbedici dizaynlar yarada bilmə bacarığı; 

 Detallara diqqətli yanaşmaq; 

 Geniş yaradıcılıq layihələri ilə iş portfeli. 

Şirkət haqqında İctimai Televiziya və Radio Yayımları Şirkətinin əsas məqsədi Azərbaycan Respublikası əhalisinin sosial, elm, təhsil, mədəniyyət, əyləncə və digər sahələrdəki ümumi maraqlarını təmin etməyə, söz və fikir azadlığını, müxtəlif baxış və əqidələrini əks etdirməyə yönəlmiş doğru məzmunlu informasiyalar hazırlamaq, bu informasiyaları müasir texniki və keyfiyyət standartlarına uyğun şəkildə yayımlamaqdır.

Qeyd edilən tələblər sizə uyğundursa, komandamıza qoşulun!
"Qrafika üzrə dizayner" qeyd etməklə CV -nizi [email protected] ünvanına yollaya bilərsiniz.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 175
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 41
Elm və təhsil naziri...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 153
Lisey və gimnaziyala...