
Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxalq əlaqələr şöbəsinə əcnəbi tələbələrin qəbulu üzrə baş mütəxəssis vəzifəsinə vakansiya elan olunur.
Tələblər:
· Ali təhsil (Magistr təhsili);
· Minimum 2 il iş təcrübəsi (Müvafiq sahə və ya təhsil sahəsi üzrə);
· Dil bilikləri: İngilis və türk dillərində sərbəst ünsiyyət qurmaq, oxumaq və yazmaq bacarığı (rus dili və ya əlavə dil biliyi üstünlük olaraq qəbul ediləcək);
· Ms Office proqramları üzrə biliklər;
· Ünsiyyətcillik, komanda ilə işləmək bacarığı, liderlik, analitik düşünmə və müstəqil qərar qəbul etmək qabiliyyəti;
· "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununu, Nazirlər Kabinetinin, Elm və Təhsil Nazirliyinin, mərkəzi icra hakimiyyəti orqanlarının aidiyyəti qərar, sərəncam və əmrlərini bilmək;
· Ölkənin strateji inkişaf prioritetləri və qanunvercilik bazası haqqında biliklər.
Əmək funksiyaları:
· Əcnəbi tələbələrin qəbul və qeydiyyatı üzrə lazımi sənədləşmə prosedurlarının həyata keçirilməsi, əcnəbi müraciətçilərlə müsahibələr aparmaq;
· Hazırlıq kurslarında dərslərdə (Azərbaycan, rus və ingilis dilləri üzrə) tələbələrin davamiyyətinə nəzarət, imtahanların təşkili və tələbələrin imtahanlarda iştirakına nəzarət etmək;
· Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Ali və orta ixtisas təhsil müəssisələrinin informasiya sisteminə (AOİTAS) əcnəbi tələbələr haqqında məlumatların daxil edilməsinə dəstək olmaq;
· Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən daxil olan sorğuların doldurulması və illik statistik hesabatın vaxtında və dəqiq yerinə yetirilməsi;
· Əcnəbi tələbələrin universitetdə təhsil almaları üçün ölkə daxilində və xaricdə təşviqat və təbliğat işlərinin aparılması, bununla bağlı müvafiq qurum və təşkilatlarla əlaqələr qurmaq;
· Əcnəbi tələbə cəlbi ilə bağlı beynəlxalq sərgilər, forumlar, tədbirlər haqqında məlumatlar toplamaq, bu kimi tədbirlərdə universiteti təmsil etmək;
· Əcnəbi tələbələrlə bağlı statistik məlumatları toplamaq və rəhbərliyin tələb etdiyi hesabatları hazırlamaq;
· Azərbaycanda yaşadıqları müddətdə əcnəbi tələbələrin yerli cəmiyyətə inteqrasiyasının təmin olunması üçün müxtəlif tədbir və proqramların təşkili, universitetin təşkil etdiyi mədəniyyət tədbirlərinə onların cəlb edilməsi.
Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: 15.05.2025-ci il saat 18:00
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur