Bazar, 1 İyun, 2025

AzTU-nun Keyfiyyətin təminatı şöbəsinə peşəkar inkişaf və təlim mütəxəssisi vəzifəsinə vakansiya elan edilir.


  • Dərc edildi: 23 Aprel, 2025 - 18:31
AzTU-nun Keyfiyyətin təminatı şöbəsinə peşəkar inkişaf və təlim mütəxəssisi vəzifəsinə vakansiya elan edilir.

Azərbaycan Texniki Universitetinin (AzTU) Keyfiyyətin təminatı şöbəsinə peşəkar inkişaf və təlim mütəxəssisi vəzifəsinə vakansiya elan edilir. 

 

Tələblər:

- Ali təhsil (Magistr təhsili);

- Minimum 1 il iş təcrübəsi (Müvafiq sahə və ya təhsil sahəsi üzrə);

- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı;

- İngilis dilində sərbəst ünsiyyət qurmaq, oxumaq və yazmaq bacarığı (rus dili arzuolunandır);

- Yüksək təşkilatçılıq və təqdimetmə bacarığı;

- Komanda ilə işləmək bacarığı;

- Analitik və tənqidi düşünmək bacarığı;

- MS Office proqramları üzrə sərbəst işləmək bacarığı.  

Vəzifə öhdəlikləri:

· Təlim və inkişaf fəaliyyətlərinin səmərəliliyini artırmaq məqsədilə davamlı

təkmilləşdirmə təşəbbüslərinin həyata keçirilməsi.

· Təlim proqramlarının keyfiyyətinə dair monitorinq mexanizmlərinin hazırlanması və

tətbiqi, illik nəticələrin təhlil edilməsi.

· Təlim və inkişaf proseslərində əsas performans indikatorları (KPI) əsasında

strategiyaların hazırlanması və onların həyata keçirilməsi.

· Təlimlərdən sonra təşkilatın fəaliyyətinə və əməkdaşların performansına olan real

təsirlərin müəyyən olunması və təhlilinin aparılması.

· Keçirilən təlim və seminarların məqsədlərə uyğunluğuna nəzarət etmək, onların icra

vəziyyətini izləmək və vaxtında hesabat vermək.

· Təlimlərin qeydiyyatı, iştirak səviyyəsi, rəy sorğuları və performans nəticələrinin

izlənməsi üçün rəqəmsal nəzarət platformalarının tətbiqi və idarə olunması.

· Təlimlərdə iştirak edən əməkdaşların fərdi və kollektiv inkişaf nəticələrini izləmək və bu

nəticələrə əsasən performans göstəricilərinin müəyyən edilməsi.

· Təlimçi performansının rəy formaları və nəticələr əsasında qiymətləndirilməsi, gələcək

əməkdaşlıqlar üçün qərarların verilməsi.

· Təlimlərdən sonra əldə olunan nəticələrin qiymətləndirilməsi və uyğun hesabatların

hazırlanması.

· Peşəkar inkişaf və təlim fəaliyyəti ilə bağlı müvafiq hesabatların hazırlanması və təqdim

edilməsi.

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 15.05.2025-ci il saat 18:00

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 121
Lisey və gimnaziyala...
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara hazırlaşan VI sinif şagirdlərinin nəzərinə!
27 May, 2025 - 01:01 175
Mərkəzi imtahanla qə...
XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası
26 May, 2025 - 15:18 95
XVIII Beynəlxalq Ast...