Cümə, 22 Avqust, 2025

Dizayner vakansiyası


  • Dərc edildi: 5 İyun, 2023 - 19:43
Dizayner vakansiyası

"Veysəloğlu" MMC Korporativ və Marketinq Kommunikasiyaları şöbəsində Dizayner vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:

İş yeri: Bakı şəhəri

İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək

Vəzifə funksiyaları:

- Məhsulların əmtəə nişanının (logo) və marka adının hazırlanması;
- Məhsul adı və kateqoriyasına uyğun olaraq sloqanın yaradılması;
- Hazır olan eskizlərin 3D görüntüsünün hazırlanması;
- İstehsal olunacaq məhsulun çeşid və ya içliyinə uyğun materialların tapılaraq hazırlanması və məhsulun dizayn konseptinin müəyyənləşdirilməsi;
- Məhsula uyğun personajların hazırlanması;
- Məhsulun texniki göstəricilərinə və tərkibindəki maddələrə görə müvafiq piktoqramların yaradılması;
- Məhsulun müqayisəli seçimi üçün 3 müxtəlif variantın hazırlanması;
- Məhsulların bazar rəqiblərinin araşdırılması və vitrin formasının hazırlanması;
- Seçilmiş məhsulun maket formasının hazırlanması;
- Mətbəələrlə sıx kommunikasiya və çap işlərinin təqib olunması;
- Məhsulun texniki sənədlərinin hazırlanması.

Vəzifə tələbləri:

- Ali təhsil (Dizayn, Rəssamlıq ixtisasları üstünlükdür);
- Müvafiq sahə üzrə minimum 3 il təcrübə;
- Azərbaycan dilində səlis yazılı və şifahi biliklərə malik olmaq; ingilis dili və rus dili biliyi arzuolunandır;
- Kompüter bilikləri: MS Office; Corel Draw, Photoshop, Adobe Illustrator
- İşində kreativ və yenilikçi olmalı;
- Məsuliyyətli və dəqiq olmalı;
- Dizayn alətlərindən effektiv istifadə bacarığı.
 
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
- Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Dizayner” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 358
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 73
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7216
Sumqayıt Dövlət Univ...