Yerləşdirilmə tarixi: 24.09.2024
Son müraciət tarixi: 08.10.2024
Agentlik Çağrı mərkəzi xidmətinin kiçik mütəxəssisi (gecə növbəsi) vakansiyası elan edir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
- Ali təhsil (tibb təhsili arzuolunandır);
- Çağrı mərkəzində minimum 1 il iş təcrübəsi (ali tibb təhsili olduqda təcrübə tələb olunmur);
- Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili bilikləri üstünlükdür);
- Ofis proqramları üzrə biliklər;
- Ünsiyyət və vaxtın idarəedilməsi bacarığı;
- Problem həlletmə bacarığı;
- Konfliktlərin idarəedilməsi;
- Operativlik.
Görəcəyiniz işlər:
- Agentliyin Çağrı Mərkəzinə daxil olan şifahi müraciətlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”na uyğun olaraq qəbulu, qeydiyyata alınması və canlı rejimdə birbaşa cavablandırılmasının həyata keçirilməsi;
- Müraciətlərdə qaldırılmış məsələlərə dair mövcud qanunvericiliyə əsaslanmaqla və sənədlərə düzgün istinad edilməklə izahatların verilməsi;
- Birbaşa cavablandırıla bilinməyən müraciətlərin həlli üçün aidiyyəti üzrə yönləndirilməsi;
- Müraciət vərəqinin hazırlanması.
Əlavə məlumatlar:
- İş qrafiki: 5 günlük iş həftəsi (istirahət günləri çərşənbə və cümə axşamı);
- İş vaxtı: 00:00-09:00;
- İş yeri: Bakı şəh., Begoc Biznes Mərkəzi.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 08.10.2024-cü il;
- CV-lər [email protected] ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
- Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur