“Xəyallarımızda qalan nağıllar” adlı respublika uşaq yaradıcılıq müsabiqəsi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti,Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası  və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə  “Heydər Əliyev ili” çərçivəsində  uşaqlarda vətənpərvərlik  duyğularının  güclənməsinə , estetik  zövqün, mənəvi tərbiyəninn formalaşmasına, milli-mənəvi sərvətimizdən olan nağıllarımızın  yaşadılmasına xidmət  məqsədi ilə   “Xəyallarımızda qalan nağıllar” adlı respublika uşaq yaradıcılıq müsabiqəsi elan olunur.
18 yaşa qədər   yaradıcılıq qabiliyyəti olan şəxslər 2023-cü il noyabr ayının 28-dək  
əsərin fotosu :
 nağılın adı:
soyad ,ad:
təvəllüd:
təhsil aldığı məktəb:
əlaqə :
anketi  tamamlayaraq [email protected]  ünvanına göndərməklə müsabiqəyə qatıla bilər.
Mövzu: Nağıl persanajı və səhnələrinin  təsviri

  • Ölçü və texnika sərbəstdir.
     Seçim millilik, yanaşma, baxış  və müəliflərin yaşı nəzərə alınmaqla aparılacaq və     seçilən  əsərlər yaş qrupuna uyğun  olaraq quruplaşdırılaraq  sərgilənəcək.
  • Təkrar olmayan , müdaxilə  olunmamış  (müəllim, valideyn,.. ) və əvvəlcə  
      sərgilənməmiş əsərlərə üstünlük veriləcək.
    Yuxarı yaş qrupunun nümayəndələri öz arzulatı ilə iştirak edə bilərlər
  • Əsərlər  tək-tək göndərilməli, məlumatlar dolğun olmalı, ən coxu 2 əsər göndərilməlidir.
  • Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.)təşəkkürnamə ilə təltif olunacaq.
  • Əlavə suallar üçün 051-310-74 01 telefon və ya whatsapp 
     ünvanına müraciət etmək olar. 

Müsabiqənin  sərgisi Xətai Sənət Mərkəzində Keçiriləcək.        



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az