Direktor müavinlərinin və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçıların işə qəbulu prosesinə başlanılır
Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırda vakant olan tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edir.
Namizədlər 13-27 noyabr 2023-cü il tarixlərində (iş günləri ərzində) saat 09:00-dan 18:00-dək tələb olunan müvafiq sənədləri (şəxsiyyət vəsiqəsinin surəti, kadrlar uçotunun şəxsi vərəqəsi, əmək kitabçasının surəti, ali təhsil haqqında sənədin və əlavənin surəti) çalışdıqları ümumi təhsil müəssisəsinin tabe olduğu yerli təhsil şöbələrinə (şəhər/rayon) təqdim etməklə qeydiyyatdan keçə bilərlər.
Həmçinin bildiririk ki, sənədlərin qəbulu namizədlər üçün aşağıda qeyd olunan tələblərə müvafiq olaraq aparılacaqdır.
Namizədlər üçün tələblər:
- pedaqoji ixtisas üzrə ali təhsil;
- 3 ildən az olmayaraq pedaqoji staj
- hazırda ümumi təhsil müəssisəsində müəllim kimi pedaqoji fəaliyyət göstərmək;
- iştirak edibsə, uğurlu sertifikasiya nəticəsi.
Tələblərə cavab verən namizədlər test imtahanı mərhələsinə dəvət olunacaqlar.
Test imtahanında namizədlərə:
pedaqogika, metodika,
əmək və təhsil qanunvericiliyi,
riyazi məntiq üzrə test tapşırıqları təqdim ediləcək.
Test imtahanında sualların yarısını düzgün cavablandırmış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.
Müsahibə zamanı yoxlanılacaq meyarlar:
- Vəzifə üzrə praktiki biliklər;
- İdarəetmə bacarıqları;
- Şəxsi keyfiyyətlər.
Aşağıdakı keçid vasitəsilə sözügedən vəzifələr üzrə vakant olan ümumi təhsil müəssisələri ilə tanış ola bilərsiniz:
Link: https://bitly.ws/Zf4M
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur