Bazar ertəsi, 25 Avqust, 2025

“FantazEU” festivalı çərçivəsində “Avropanın rəngləri” adlı tədbir həyata keçiriləcək


  • Dərc edildi: 7 Dekabr, 2023 - 17:07
“FantazEU” festivalı çərçivəsində “Avropanın rəngləri” adlı tədbir həyata keçiriləcək

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin təşəbbüsü ilə “FantazEU” festivalı çərçivəsində “Avropanın rəngləri” adlı tədbir həyata keçiriləcək. Tədbirin əsas məqsədi Azərbaycanın istənilən bölgəsində yaşayan 16 yaşdan yuxarı qadın rəssam və fotoqraflara öz əl işlərini nümayiş etdirmək üçün imkanlar yaratmaqdır. Rəsm əsərləri və ya çəkilən fotoşəkillər ümumilikdə Avropa və ya Avropa İttifaqının dəyərlərini əks etdirməlidir. Əvvəlcədənseçilən əsərlər sərgidə iştirak haqqı qazanacaq və festival zamanı geniş ictimaiyyətə təqdim ediləcək. Bu tədbir istedadları dəstəkləmək, Avropa mədəni irsinin Azərbaycanda təbliğinə öz dəyərinizi qatmaq, həmçinin ölkəmiz ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq əlaqələri barəsində məlumatlanmaq üçün mükəmməl fürsətdir. Gəlin, Avropanın rəngləri ilə festivala rəng qataq!

Tədbirdə İştirak etmək üçün siz
 16 yaşdan yuxarı xanım olmalı;
 əsərinizin fotoşəklini bu forma yükləməli;
 festival zamanı əsərinizin nümayiş etdirilməsinə razılıq verməlisiniz.
Formu doldurduqdan sonra növbəti mərhələdə ətraflı məlumat üçün sizinlə əlaqə saxlanılacaq.

Qeydiyyatdan keçmək üçün son tarix:  12 dekabr, 12:00

Müraciət Formu: 
https://forms.gle/rfS2WiC7dTdtAjBQ6. 
 

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 493
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 97
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7376
Sumqayıt Dövlət Univ...