2024-cü il “SOCAR Polymer” yay təcrübə proqramına ərizə qəbulu başladı

Tələbələrin nəzərinə!

2024-cü il “SOCAR Polymer” yay təcrübə proqramına ərizə qəbulu başladı.

Təcrübəçilər 8 həftə ərzində Azərbaycanın ən müasir standartlara cavab verən neft-kimya müəssisələrindən biri olan “SOCAR Polymer”də işləyərək təcrübəli və peşəkar mütəxəssislərdən ən müasir bilik və bacarıqlar əldə etmə imkanı qazanacaqlar.

Təcrübəyə yalnız bakalavr pilləsinin son kursunda və ya magistraturada təhsil alan tələbələr müraciət edə bilərlər.

Qeyd edək ki, maksimum 2 təcrübə sahəsinə müraciət edilə bilər.

Müraciət üçün son tarix 30 apreldir.

İstehsalat praktikası proqramı

“SOCAR Polymer”in yay təcrübə proqramı tələbələrə öz nəzəri biliklərini praktikada tətbiq etmək, ünsiyyət bacarıqlarını artırmaq və liderlik keyfiyyətlərini inkişaf etdirməyə imkan verir. 2016-cı ildə ilk dəfə təşkil edilmiş yay təcrübə proqramında iştirak etmək üçün verilən ərizələrin sayı dəfələrlə artmış və onlarla tələbə təcrübəçi adını qazanmışdır.

 

Seçim mərhələsindən uğurla keçmiş namizədlər 8 həftə ərzində şirkətin proses və prosedurlarını öyrənir, yeni bilik və bacarıqlar əldə edir və korporativ fəaliyyətdə iştirak edirlər. Proqramın əvvəlində şirkətlə tanışlıq təlimlərindən sonra təcrübəçilər “SOCAR Polymer” şirkətinin ofis və zavodunda işləmək üçün müxtəlif konkret layihələr üzərində işləyən kollektivlərinə qoşulurlar.

 

“SOCAR Polymer”də təcrübəçi olmaq üçün namizəd bir və ya iki təcrübə sahəsi seçərək aşağıdakı göstərişlərə uyğun olaraq onlayn ərizə forması doldurur. Yay təcrübə proqramında Azərbaycan Respublikası vətəndaşı olan bakalavr pilləsinin son kursunda və ya magistraturada təhsil alan tələbələrin iştirak etmək hüququ var. 

 

Ərizələrin onlayn rejimdə təqdim edilməsi

Namizəd maraq və peşəkar inkişaf istiqamətinizə cavab verən əsas sahəni seçir. Onlayn rejimdə doldurulan ərizəsinə universitet tərəfindən təqdim olunan transkript və CV-sini əlavə edir. Proses təqribən 30 dəqiqə çəkir. Qeyd etmək lazımdır ki, yalnız bütün xanaları doldurulmuş və tələb olunan sənədlər əlavə olunmuş ərizələr qiymətləndirilir. Doldurulmuş formanı göndərdikdən sonra namizədlər elektron poçt vasitəsi ilə ərizələrinin baxılmaq üçün qəbul edildiyi barədə bildiriş alırlar.

 

Növbəti mərhələlər

İngilis dili imtahanı: Proqramın tələblərinə uyğunluq yoxlamasından keçdikdən sonra namizəd ingilis dili biliklərinin səviyyəsini müəyyən etmək məqsədi ilə imtahan verməyə dəvət olunur. 

Məntiqi təfəkkür imtahanı: İngilis dili imtahanından uğurla keçmiş namizəd məntiqi təfəkkür imtahanına dəvət olunur.

Müsahibə:  Daha sonra namizəd onlayn və ya canlı müsahibəyə dəvət olunur. Həmin müsahibədə namizədə həm seçdiyi vəzifə/ixtisas üzrə bacarıq səviyyəsini yoxlamaq üçün konkret texniki suallar, həm də kollektivdə çalışmaq qabiliyyətini və “SOCAR Polymer” şirkətinin tələblərinə uyğunluğunu müəyyən etmək üçün suallar verilir.

Təklif: Nəhayət, yoxlamanı uğurla keçən namizədlər Təcrübə Proqramında iştirak etmək üçün dəvət alırlar. 

 

Qeyd: Ərizə formasında aktiv olmayan telefon nömrələri qeyd edilməməli və elektron poçt ünvanlarının yazılışında orfoqrafik səhvlərə yol verilməməlidir! Ərizə formasını doldurarkən namizəd müvafiq xanalara ən son məlumatları yazdığından əmin olmalıdır. 

 

Qeyd: “SOCAR Polymer” şirkətində təcrübə keçmək istəyən gənc mütəxəssislərin seçimi prosesində meyarlardan biri ingilis dilində sərbəst anlaşmaq, yazmaq və oxumaq qabiliyyəti olduğuna görə, aşağıdakı cədvəldə təcrübə sahələrinin təsviri ingilis dilində təqdim edilmişdir.

Requisition IDTitleLocationStart DateEnd Date
0101Civil Engineering InternSumgait03 Aprel, 202430 Aprel, 2024
0104Electrical Engineering InternSumgait03 Aprel, 202430 Aprel, 2024
0100Finance InternSumgait03 Aprel, 202430 Aprel, 2024
0094HR InternSumgait03 Aprel, 202430 Aprel, 2024
0092HSE InternSumgait03 Aprel, 202430 Aprel, 2024
0097Legal InternSumgait03 Aprel, 202430 Aprel, 2024
0106Logistics InternSumgait03 Aprel, 202430 Aprel, 2024
0102Maintenance Planning InternSumgait03 Aprel, 202430 Aprel, 2024
0093Materials Management InternSumgait03 Aprel, 202430 Aprel, 2024
0105Mechanical Engineering InternSumgait03 Aprel, 202430 Aprel, 2024
0103Piping Engineering InternSumgait03 Aprel, 202430 Aprel, 2024
0098Process Engineering InternSumgait03 Aprel, 202430 Aprel, 2024
0095Procurement InternSumgait03 Aprel, 202430 Aprel, 2024
0099Quality Lab Engineering InternSumgait03 Aprel, 202430 Aprel, 2024


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az