Bazar ertəsi, 25 Avqust, 2025

“Bitkiçilik, Emal, Heyvandarlıq və Aqrobiznesin idarə olunması” mövzuları üzrə ÖDƏNİŞSİZ təlim kursları


  • Dərc edildi: 4 Aprel, 2024 - 12:02
“Bitkiçilik, Emal, Heyvandarlıq və Aqrobiznesin idarə olunması” mövzuları üzrə ÖDƏNİŞSİZ təlim kursları

“Agro Dairy”, kənd təsərrüfatının texnoloji modernləşdirilməsi və innovativ inkişafını şərtləndirən yeni sənaye tələbləri və əmək bazarlarının aktual və perspektivli ehtiyacları nəzərə alınmaqla, kənd təsərrüfatı sektorunda təcrübəsi olan, əlaqəli işlərlə fəal məşğul olan və əldə etdikləri bilikləri peşəkar fəaliyyətlərində səmərəli tətbiq etmək qabiliyyətinə malik insanlar, həmçinin, digər maraq göstərənlər üçün “Bitkiçilik, Emal, Heyvandarlıq və Aqrobiznesin idarə olunması” mövzuları üzrə təlim kursları təşkil edir. Qeyd edilən mövzular özündə aşağıdakı alt mövzuları ehtiva edəcəkdir: 
​​​​
🔶Bitkiçilik: 

▪️Torpağın vəziyyətinin optimallaşdırılması, gübrələmə, dəqiq əkin və texnikalar
▪️Dənli taxıl bitkilərinin inkişaf fazalarının diaqnostikası və aqrotexniki əhəmiyyəti, toxumçuluq
▪️Bitki mühafizəsi
▪️Suvarma

🔶Emal:

▪️Toxum emalı
▪️Yemin emal prosesi və keyfiyyətə nəzarət
▪️Quşçuluq təsərrüfatlarında xammal qaynaqlı risklər

🔶Heyvandarlıq:

▪️Südlük təsərrüfatlarda damazlıq heyvanların yetişdirilməsinin əsasları
▪️Silos/Senajin keyfiyyəti və silosun hazırlanma texnologiyasında diqqət yetirilməli nüanslar
▪️İri buynuzlu heyvanların yemlənməsi – rasionlar, onların idarə edilməsi.

🔶Aqrobiznesin idarəolunması:

▪️Agrobiznesin idarəolunması
▪️SƏTƏM (Sağlamlıq, Əməyin təhlükəsizliyi, Ətraf mühitin mühafizəsi üçün ən yaxşı təcrübələr)

Təlim kursları 📍Hacıqabul rayonu, Muğan kəndi ərazisinə yaxın olan “Agro Dairy”in təlim mərkəzində keçiriləcəkdir.
Təlimlər 🗓️ 22 aprel 2024-cü il tarixindən başlayacaqdır.
Təlimlərdə iştirak ödənişsizdir.
İştirakçıların təlim yerinə çatdırılması Şirkət tərəfindən təmin olunacaqdır.
Təlimdə iştirak etmək arzusunda olanlar 18 aprel 2024-cü ilə kimi aşağıdakı telefon nömrəsinə zəng etməklə qeydiyyatdan keçə bilərlər.

İştirakçılardan xahiş olunur ki, qeydiyyatdan keçərkən iştirak etmək istədikləri mövzunu (mövzuları), ad soyad, ünvan, telefon nömrəsi, iş yeri, ixtisas və vəzifəni göstərsinlər.

📞Əlaqə nömrəsi: +994 51 201 77 20

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 518
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 100
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7392
Sumqayıt Dövlət Univ...