Şənbə, 2 Avqust, 2025

Auditor, Baş auditor və Böyük auditor vəzifələri üzrə vakansiya


  • Dərc edildi: 15 Sentyabr, 2022 - 16:41
Auditor, Baş auditor və Böyük auditor vəzifələri üzrə vakansiya

ÖLKƏNİN YEGANƏ MİLLİ POÇT OPERATORU “AZƏRPOÇT” MMC AUDİTOR, BÖYÜK AUDİTOR VƏ BAŞ AUDİTOR VƏZİFƏLƏRİ ÜZRƏ VAKANSİYA ELAN EDİR:
 


VƏZİFƏ ÖHDƏLİKLƏRİ:


• Təsdiq edilmiş iş planına əsasən daxili audit prosedurlarını həyata keçirmək;


• İdarəetmə, daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin adekvatlılığını qiymətləndirmək;


• Audit prosesi zamanı çatışmazlıqları müəyyən etmək və məsul şəxlərlə razılaşdırmaq, o cümlədən biznesin mahiyyətini və müvafiq riskləri nəzərə almaqla aşkarlanmış çatışmazlıqlara uyğun olaraq tövsiyələr vermək;


• Mühasibat uçotu və maliyyə hesabatlarının düzgünlüyünü və etibarlılığını yoxlamaq;


• Daxili audit yoxlamasının nəticələrini dəstəkləyə biləcək məlumatları toplamaq, sənədləşdirmək və bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək;


• Auditin nəticələri barədə hesabatın hazırlanmasında iştirak etmək.

 



NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:


• Ali təhsil


• Müvafiq sahə üzrə iş təcrübəsi ( 2-5 il )


• Yerli qanunvericilik və Mərkəzi Bankın normativ aktlarını yaxşı səviyyədə bilməsi


• Daxili audit prosedurlarını həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması

 

• Daxili audit funksiyası üzrə beynəlxalq mütərəqqi praktika ilə tanışlıq


• Dərin analitik düşüncə, vaxtın idarə edilməsi bacarığı


• Analitik və ünsiyyət qurma bacarıqları


• MS Office proqramlarında səlis işləmək bacarığı


• İngilis dili yaxşı, rus dili biliyi arzuolunandır.


 


İş yeri: “Azərpoçt” MMC, baş ofis ( Ünvan: Ü.Hacıbəyli 72)
İş vaxtı: Həftəiçi 5 gün, saat 9:00 – 18:00

 



Maraqlananlar,  CV-lərini müvafiq vəzifə üzrə “Auditor”, “Baş auditor” və ya  “Böyük auditor” başlığı ilə  [email protected] ünvanına göndərə bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5341
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 858
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 304
“İnnovativ məktəb” l...